"Somerset Moem" mükafatı

"Somerset Moem" mükafatı
Somerset Maugham Award
Ölkə
Tip ədəbiyyat mükafatı[d]
Statistika
Təsis tarixi 1947
societyofauthors.org/Pri…

"Somerset Moem" mükafatı (İng. Somerset Maugham Award) — "Müəlliflər Cəmiyyəti" yazıçılar birliyi tərəfindən hər il may ayında təqdim edilən ingilis ədəbiyyat mükafat. Mükafatın laureatları 35 yaşına qədər gənc yazıçılara verilə bilər. Mükafatın məbləği 12 min funt-sterlinqdir.

Mükafat ilk dəfə 1947-ci ildə bir sıra gənc yazıçıların xaricə gedə bilməsini maliyyələçdirmək üçün Somerset Moem tərəfindən təqdim edilib.1965-ci ildən etibarən mükafat bir qayda olaraq bir neçə qalibə təqdim edilir. 1975-ci və 2012-ci illərdə mükafat verilməyib. İki dəfə mükafatı həm ata , həm də oğul alıb: 1955-ci ildə mükafata layiq görülən Kinqsli Amis 1974-cü ildə həmin mükafatı olan Martin Amisin atasıdır, 1950-ci ildəki qalib Naycel Nilin uğurunu isə 1988-ci ildəoğlu Metyu Nil təkrarlayıb.[1]

  1. Çobanoğlu, Şahvələd; Namazova, Səkinə. 100 ən yaxşı kitab (az.) (1-ci nəşr). Bakı: "OL" MMC. 2014. 151–158. ISBN 978-9952-494-35-8.