Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Çaharbağ mədrəsəsi | |
---|---|
fars. مدرسه چهار باغ | |
32°39′06″ şm. e. 51°40′09″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Çaharbağ |
Yerləşir | İsfahan şəhristanı |
Aidiyyatı | Səfəvilər imperiyası |
Sifarişçi | Şah Hüseyn |
Tikilmə tarixi | 1706-1714 |
Üslubu | Səfəvi memarlığı[d][2][3][…] |
Hündürlüyü | 38 m[4], 37 m[4], 16 m[4] |
Uzunluğu | |
Eni | 90 m[4], 55,5 m[4] |
Sahəsi |
|
Material | kərpic[4], daş[d][4], mərmər[4], ağac[4], kaşı[4] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çaharbağ mədrəsəsi (fars. مدرسه چهار باغ, azərb. Dörd bağ məktəbi ) və ya bir digər adıyla Madər-i Şah mədrəsəsi - XVIII əsrə aid mədəniyyət kompleksi.[5]
Çaharbağ (Sultani) mədrəsəsi 1706-1714-cü illərdə Şah Hüseyn Mirzənin əmri ilə tikilmişdir. Şah Hüseyn bu mədrəsəni xanədan məktəbi kimi təchiz etdirmiş və dövrün məşhur alimlərindən Məhəmməd Bəkir Hatunabadini mədrəsəyə Mollabaşı vəzifəsinə təyin etmişdir. Gözəl kaşıları ilə diqqəti cəlb edən bu mədrəsənin 90×95 metr düzbucaqlı planı əhatə dairəsi, 60×65 metrlik həyəti, ikimərtəbəli eyvanı və 120 hücrəsi var. Şah Hüseynin də burada özünə məxsus hücrəsi varimiş. Mədrəsəyə Şah Hüseynin anası tərəfindən bir neçə karvansara və bazar yeri bağışlanmışdı. Mədrəsənin planı aşağıdakı kimidir;
Mədrəsə quruluşu daxilində; eyvan, məscid, günbəz, minarə, mehrab, minbər, hərəm, hücrə, hovuz və kitabxana kimi tikililər də varidi. Mədrəsənin çinar ağacından hazırlanmış gümüş və qızılla örtülmüş qapısı olduqca məşhurdur. "Yeddi sənət qapısı" adlanan bu qapı Əbdüllətif Təbrizi və Məhəmməd Saleh İsfahani tərəfindən hazırlanmışdır. Çox zərif və diqqəti cəlb edən zərgərlik, rəssamlıq, qızıl qaplama, dəmirçilik, oyma, filigran, qələmkarlıq kimi yeddi sənət növü ilə hazırlandığı üçün bu ad verilmişdir. Qapıda iki gümüş dəstək vardır. Qapının sağ tərəfində Şah Hüseyni tərənnüm edən şeirlər, sol tərəfdə isə elm və təhsilin əhəmiyyətindən bəhs edən şeirlər yazılmışdır.Mədrəsənin həyətində daşın içindən axan fəvvarə var idi. Fəvvarənin ətrafı bir tələbənin şiə əqidəsinə görə günahsız sayılan 14 nəfərə həsr olunan duaları ilə bəzədilmişdi.[5]
Mədrəsənin ən mühüm quruluşa malik olan eyvanı cənubda yerləşir və qiblənin istiqamətini göstərir. Bu eyvanda mehrab, minbər, hərəm, günbəz və minarə yerləşir. Eyvanın plitələri şah əsəridir. Onun mehrabı zərif müərrək və müqərna üslubunda mozaika ilə bəzədilib. Mehrabın yanında monolit mərmərdən minbər var. 12 pilləli minbərdə Əhli-beyti təmsil edən Əbdürrəhim Cəzairinin xəttatlığı ilə yazılmış bir kitabə varidi. Eyvanın üstündə firuzəyi rəngli keramika ilə bəzədilmiş günbəz, günbəzin aşağı çərçivəsində isə müərrək mozaikalı dörd pəncərə var. Bu pəncərələr eyvanı işıqlandırmaq və məkanı havalandırmaq üçün hazırlanmışdır.
Mədrəsənin hücrələrindən biri Şah Hüseyn üçün ayrılmışdı. Bu hücrənin xüsusi bəzəkləri var. Otağın ortasında kiçik bir xalça, iki şkaf, qurbangah və soba yerləşdirilmişdi. Otaq qızıl suyu ilə boyanmışdı. Pəncərəsiz divarlar girintili və çıxıntılı idi, çıxıntılar isə rəf kimi istifadə edilirdi.
Çaharbağ mədrəsəsi iki mərtəbə planda tikildiyi üçün hücrələr də hər iki mərtəbədə yerləşir. Düzbucaqlı formada olan hücrələrin eni 2–3 m, uzunluğu isə təxminən 3–4 m-dir.
Şah Hüseynin Çaharbağ mədrəsəsində inşa etdirdiyi kitabxana həm atasından miras qalan, həm də aldığı kitablarla olduqca zəngin idi. Mədrəsə kitabxanalarının ən məşhurlarından biri olan bu kitabxana 1706-1716-cı illər arasında bu mədrəsədə kitabxana tikilmişdi. Bundan əlavə, Şah Hüseyn bu mədrəsə və kitabxana üçün vəqf nizamnaməsini hazırlatmışdı; nizamnamədə kitablardan istifadə qaydaları və kitabxana işçilərinin maaşları öz əksini tapmışdı. Beləki nizamnaməyə əsasən hə ril kitabxanaçı üçün illik 7 tümən maaş ayrılırdı. Cəfəəriyanın məlumatına əsasən kitabdar illik 7 tümən, mədrəsənin müədrrisi isə illik 50 tümən maaş alırdı.[6]