Çan Van Çan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1918[1] |
Vəfat tarixi | 20 aprel 1996[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Şimali Vyetnam |
Qoşun növü | Vyetmin |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nquyen Çan (ing. Nguyễn Chấn) və ya Çan Van Ça (Trần Văn Trà; 1918[1] – 20 aprel 1996[1], Hoşimin) — Vyetnam hərbi xadimi.[2][3] O, Vyetkonq komandiri olmuşdur. Çan Van Ça 1960–1982-ci illərdə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Şimali Vyetnam ordusunda general-leytenant, 1964–1976-cı illərdə Cənubi Vyetnam üzrə Mərkəzi İdarənin Hərbi Məsələlər Komitəsinin sədri olmuşdur.
Vyetnam müharibəsi zamanı Cənubi Vyetnam və ABŞ-yə qarşı mübarizədə iştirak etmişdir. O, 1968-ci ildə Tet hücumü zamanı Sayqona hücuma rəhbərlik və Pasxa hücumunda B-2 cəbhəsinə komandanlıq etmişdir.
1974-cü ildə Hanoyda Şimali Vyetnam hərbi liderlərinin görüşü zamanı Ça gələn il üçün planlaşdırılan mühafizəkar strategiyaya qarşı çıxmış və həm Cənubi Vyetnam, həm də ABŞ hərbi reaksiyasını sınamaq üçün Cənubi Vyetnamın Fuklonq vilayətinə hücum edilməsini təklif etmişdir.[4] Hücum uğurlu alınmış və ABŞ hərbi cəhətdən cavab verməmişdir. Bu, daha böyük, daha aqressiv kommunist əməliyyatlarına səbəb olmuşdur. Ça 1975-ci ilin aprelində Cənubi Vyetnam hökumətinin süqutuna səbəb olan Bahar hücumunda baş general Van Tyen Zunq rəhbərliyindəki A75 qərargahının komandir müavini olmuşdur. O, 1978-1982-ci illərdə müdafiə nazirinin müavini olmuşdur.[5]