Çarlz Pedersen | |
---|---|
Doğum tarixi | 3 oktyabr 1904[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1989[1][2][…] (85 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | üzvi kimya |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Çarlz Con Pedersen (3 oktyabr 1904[1][2][…], Busan – 26 oktyabr 1989[1][2][…], Salem[d], Nyu-Cersi) — amerikalı kimyaçı, 1987-ci ildə "Yüksək seçiciliyə malik struktura xas qarşılıqlı təsirlərə malik molekulların inkişafı və tətbiqi üçün" kimya üzrə Nobel mükafatı laureatı, və bunu Donald Kram və Jan-Mari Len ilə bölüşüb.
O, efirlərin, qələvi metallarla sabit komplekslər yaratmağa qadir olan siklik poliefirlərin sintezi üsullarını işləyib hazırlaması ilə tanınmışdır. Onun işi həm də supramolekulyar kimyanın əsasını qoyan Jan-Mari Len və Donald Cram tərəfindən sonrakı tədqiqatlar üçün əsas olmuşdu.
Çarlz Pedersen 3 oktyabr 1904-cü ildə Koreyanın Busan şəhərində anadan olub. Atası norveçli, anası yapon idi. 1922-ci ildə Yaponiyanın Yokohama şəhərindən ABŞ-yə mühacirət edmişdi. Ç. Pedersen Dayton Universitetini (Ohayo) və daha sonra Massaçusets Texnologiya İnstitutunu bitirib, burada üzvi kimya üzrə magistr dərəcəsi alıb. 1927-ci ildən Ç. Pedersen təqaüdə çıxana qədər 42 il DuPont kimya şirkətində çalışmışdı. O, ali elmi dərəcəsi olmayan azsaylı Nobel mükafatçılarından biri idi.