Çatırdağ yaylası | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1527 m |
Sahəsi |
|
Yerləşməsi | |
44°44′52″ şm. e. 34°18′13″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir.
Massiv klassik kars rayonudur. Burada 200 mağara, şaxtaya sahibdir. Dünyada mağara qarğalarının sayına görə birinci yerdə gedir. Onların burada sayı 1 000-dən çoxdur[1]. Əhəng daşından ibarət olan zirvələrin bəzən hündürlüyü 1000 metri keçir. Burada arqillit, alevrolit və əhəngdaşı kimi suxurlardan təşkil olunmuşdur. Bu tip suxurlar Krımın bütün cənub və cənub-qərb sahilləri boyunca yayılmışdır.
İnsanlar hələ neolit dönəmində yaşayırdılar. Burada əsasən maldar və ovçular yaşqmışdır.
Yuxarı və aşağı platoda məşhur turistik obyektlər yerləşir. Burada Anqar aşırımı və Mərmər, Əminə-Bair-Xosar və Əminə-Bair-Koba, Suuk-Koba, Bin-Baş-Koba[2] mağaraları əsas görməli yerləridir.
Çatırdağın aşağı platosunda iki tur baza vardır: birinci mərmər mağarasında, ikinci idəsə keçmiş hərbi hissənin yerində yerləşir. İkinci tur baza platonun şimal-şərqində yerləşir və «Toçka» adlanır.
Nəzarət-Xilasetmə xidmətinin sözlərinə görə Çatırdağın aşağı platosunu hər il 40 min insan ziyarət edir. 1922-ci ildə Çatırdağ ətəklərində Krımın sonuncu canavarı öldürülmüşdür. Bununla belə 2000-ci ilərfə Krımın düzənliklərində yenidən canavarlar müşahidə edilmişdir. Onlar Ukraynanın materik hissəsindən ora daxil olmuşdurlar[3].
Yaylanın müasir adı krımtatar dili məşhəllidir. Dağın mənası «Çadır dağı» anlamındadır. Bununla yanaşı qədim yunan adı «Trapezunt» (q.yun. Τραπεζοῦς ὄρος idiki, buda «Oturacaq dağı» mənasını verir.