Çernobıl

Çernobıl
Чорно́биль
Gerb
Gerb
51°16′ şm. e. 30°13′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat 1193
Sahəsi
Mərkəzin hündürlüyü 180 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.575 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 255614
Nəqliyyat kodu AI, КI / 10
Xəritəni göstər/gizlə
Çernobıl xəritədə
Çernobıl
Çernobıl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çernobıl (ukr. Чорно́биль — yovşan) — Ukraynanın Kiyev vilayətinin İvanovski rayonunda yerləşən şəhər.

Çernobıl faciədən əvvəl

[redaktə | mənbəni redaktə et]

Bu şəhər haqqında ilk qeydlər 1193-cü ilə aid edilir. 1541-ci ildə, bu şəhəri Böyük Litva knyazlığı idarə edən dövrdə knyaz Fridrix Pronski tərəfindən Çernobıl yaxınlığında saray tikilmişdir. Həmin saray bu günümüzə qədər gəlib çatmışdır. XVII əsrin əvvəllərində saray bərpa olundu və yaxşı gücləndirilmiş və keçilməz qalaya çevrildi, Çernobıl isə qəza mərkəzi oldu. 1793-cü ildə şəhər Rusiya imperiyasının tərkibinə daxil oldu. 1898-ci ildə Çernobılın əhalisi 10 800 nəfər idi. Onların 7200-nü yəhudilər təşkil edirdi. 1921-ci ildə Çernobıl Ukrayna SSR-in tərkibinə daxil edildi. 1941-1944-cü illərdə alman işğalları zamanı Çernobılda olan yəhudi icmaları tamamilə məhv edildi. Şəhər alman əsarətindən 1943-cü il 17 noyabrda azad olundu. 1941-ci il 27 mart tarixində şəhər tipli qəsəbə olan Çernobıl şəhər statusu aldı. 1986-cı il 26 apreldə Çernobıl Atom Elektrik Stansiyasının (Çernobıl AES) dördüncü enerji blokunda atom energetikası tarixində ən böyük faciyəyə çevrilmiş hadisə baş verdi.

Çernobıl faciəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Çernobıl faciəsi

1986-cı il aprel ayında Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələr idi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Artıq onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.[2]

  1. https://www.reddit.com/r/chernobyl/comments/1539o9d/comment/jsi4zt0/?context=3.
  2. "Çernobıla səyahət". 2013-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06.