Çexiyada ilin futbolçusu (çex dili:Fotbalista roku) mükafatı hər il Çexiya Futbol Assossasiyası tərəfindən (FA ČR) təqdim edilir. Seçiləbilmə faktoru həm Çexiyada həm də onun hüdudları kənarında çıxış edən çex futbolçulara qədər uzanır. Mükafat ilk dəfə 1965-ci ildə Çexoslovakiya sahibinə təqdim edilmişdir. O zaman ilk qalibi "Slovan Bratislava"nın formasını geyinən Yan Popluqar olmuşdur.[1]
2012-ci ildə keçirilən təqdimetmə mərasimində Petr Çex altıncı dəfə qalib olmaqla İvo Viktorun rekordunu təzələmişdir.[2] Belə ki o, 1968-ci ildən 1976-cı ilə qədər Çexoslovakiya daxilində təsis edilmiş bu mükafatı 5 dəfə qazanmağa müvəffəq olmuşdur.[3]
Mükafatı 1996-cı ildə birlikdə 2 futbolçu qazanmışdır.[3]
Bir mövsümdə iki qalibin olmasını işarə edir |
İl | Oyunçu | Klub | Qeydlər |
---|---|---|---|
1993 | Petr Kouba | Sparta Praqa | |
1994 | Pavel Kuka | Kayzerslautern | |
1995 | Radek Drulak | Drnoviçe | |
1996 | Patrik Berger | Liverpul | |
1996 | Karel Poborski | Mançester Yunayted | |
1997 | Jiri Nemeç | Şalke 04 | |
1998 | Pavel Nedved | İtaliya Latsio | |
1999 | Yan Köller | Anderlext | |
2000 | Pavel Nedved | Latsio | |
2001 | Tomaş Rositski | Borussiya Dortmund | |
2002 | Tomaş Rositski | Borussiya Dortmund | |
2003 | Pavel Nedved | Yuventus | |
2004 | Pavel Nedved | Yuventus | |
2005 | Petr Çex | Çelsi | |
2006 | Tomaş Rositski | Arsenal | |
2007 | Marek Yankulovski | Milan | |
2008 | Petr Çex | Çelsi | |
2009 | Petr Çex | Çelsi | |
2010 | Petr Çex | Çelsi | |
2011 | Petr Çex | Çelsi | |
2012 | Petr Çex} | Çelsi | |
2013 | Petr Çex | Çelsi | |
2014 | David Lafata | Sparta Praqa | |
2015 | Petr Çex | Arsenal | |
2016 | Petr Çex | Arsenal |