Çikalo | |
---|---|
![]() | |
43°11′29″ şm. e. 43°55′05″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1852 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7017 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 86734 |
Poçt indeksi | 363500 |
Digər | |
iraf.ru | |
Çikalo (oset. Ирæфи (Æрæфы) район) — Rusiya Federasiyası, Şimali Osetiyanın İrafski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən İrafski rayonunun və Çikalo kənd sovetliyinin mərkəzidir. Çikalo kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir.
Kənd İrafski rayonunun şimal hissəsində, Urux çayının sağ sahilindən bir az kənarda, eyni adlı Çikola çayının hər iki sahilində (Zmeyka) yerləşir. Vladikavkazdan 70 km şimal-qərbdədir.
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[1]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
osetinlər | 6 692 | 95,4 % |
ruslar | 564 | 4,5 % |
digərləri | 239 | 3,4 % |
ümumi | 7 017 | 100 % |
Məscid. 1990-cı illərdə bərpa edilmişdir.
Temirov qardaşları — Böyük Vətən Müharibəsi illərində Temirovlar ailəsindən şəhid olmuş qardaşlar.
Biçilov Ramazan Rəhman oğlu (1949-2009) — sərbəst güləş üzrə RSFSR-in əməkdar məşqçisi (1990), SSRİ idman ustası. İlk məşqçi Arsen Fadzayevdir.
Qatsalov Hadimurat Soltan oğlu (1982) - sərbəst güləş üzrə əməkdar idman ustası, olimpiya çempionu, Dünya və Avropa çempionatının dəfələrlə qalibi.
Dedeqkaev Kazbek İssa oğlu (1944-2016) - sərbəst güləş üzrə Rusiyanın əməkdar məşqçisi (1992), SSRİ idman ustası.
Dedeqkaev Kazbek Magomed oğlu (1945) - Rusiya və SSRİ-nin əməkdar sərbəst güləş məşqçisi, idman ustası.
Cacayev Miron Taimurazoviç (1977) - Rusiya sərbəst güləşçisi, yeniyetmələr arasında Avropa çempionu (1997), Rusiya çempionatlarının üçqat qalibi (1999, 2000, 2001). Sərbəst güləş üzrə beynəlxalq idman ustası.
Carasov Soltan Safarbiev oğlu (1928–2015) - rus iqtisadçısı, 1996-98-ci illərdə Rusiya Sosial-Demokrat Partiyası (RSDR) həmsədri.
Zoloev Tatarkan Maqomed oğlu (1905-1985) - neft geoloqu. SSRİ Dövlət Mükafatı laureatı (1946, 1959). Rusiya Federasiyasının əməkdar elm və texnologiya işçisi (1957), SSRİ-nin fəxri neftçi (1975).
Makoyev Əlixan Amurxan oğlu (1922-1981) - Sovet İttifaqı Qəhrəmanı.
Facayev Arsen Suleyman oğlu (1962) - sərbəst güləş üzrə əməkdar idman ustası və Rusiyanın əməkdar məşqçisi, iki qat olimpiya çempionu, altı qat dünya çempionu və dördqat Avropa çempionu.
Xataqov Tasoltan Magomed oğlu (1953-2016) - Sovet sərbəst güləşçisi, SSRİ-nin sərbəst güləş üzrə iki qat çempionu və SSRİ Xalqlarının Spartakiadasının qalibi.
Arşiyev Soslanbek Arsenoviç (2006) - futbolçu, "Dinamo Stavropol" klubunun qapıçısı.