Çimiçanqa | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
ABŞ mətbəxi, Meksika mətbəxi | |
Mənşəyi |
Çimiçanqa (/tʃɪmiˈtʃæŋɡə/, ispan: [tʃimiˈtʃaŋɡa], isp. chimichanga) — Teks-Meksdə və digər Cənub-Qərbi ABŞ mətbəxlərində yayılmış dərin qızardılmış burrito. Bu yemək adətən düyü, pendir, lobya və maçaca (qurudulmuş ət), carne adoba (marinad edilmiş ət), carne seca (qurudulmuş mal əti) və ya doğranmış toyuq kimi müxtəlif inqrediyentlərdən ibarət un tortilla ilə doldurulur, düzbucaqlı formada bükülüb, qatlanaraq hazırlanır. Sonra dərin qızardılır və salsa, quakamole, xama və ya carne asada ilə verilir.
Çimiçanqanın mənşəyi qeyri-müəyyəndir. Meksikanın çiviçanqa sözündən irəli gələn fikirə görə, Sonoran immiqrantları yeməyi özləri ilə Arizonaya gətirdilər,[1] lakin meksikalılar demək olar ki, hamılıqla bu ssenarini rədd edirlər. Bunun əvəzinə, əksər tədqiqatçılar çimiçanqanın Amerika Birləşmiş Ştatlarının Arizona ştatındakı bir Meksika restoranında təsadüfən yaradıldığı ilə razılaşırlar, baxmayaraq ki, onlar dəqiq harada olması ilə bağlı fikir ayrılığına düşürlər.[2][3][4][5] Çimi və çanqa sözləri iki meksika ispancası terminlərindən gəlməkdədir: qovrulmuş və ya yanmış anlamını verən chamuscado[6] və gözlənilməz vəziyyət və ya kiçik bir təhqir kimi istifadə olunan[7] vulqar söz chinga[8] ilə bağlı olan çanqa.
Bir mənbəyə görə,[9] Arizona ştatının Tuson şəhərindəki El Charro restoranının qurucusu Monika Flin, 1922-ci ildə yanlışlıqda fritozun içinə burrito düşürüb.[5] O, dərhal ispan dilində "çi" (çinqada) ilə başlayan söyüş söyləməyə başladı, lakin o, tez özünü dayandırdı və bunun yerinə "thingamajig"in ispan ekvivalenti olan çimiçanqa deyə bağırdı.[10] Yeməyin məlumatları və təqdiri Tuson bölgəsindən xaricə doğru yavaş-yavaş yayıldı və onun populyarlığı son illərdə başqa yerlərdə də sürətləndi. Günümüzdə çimiçanqa Teks-Meks mətbəxinin bir parçası olaraq görülsə də, ABŞ-dakı kökləri əsas olaraq Tuson bölgəsindən gəlməkdədir.[1][5][11]
Meksika restoranlar şəbəkəsi Macayo's Mexican Kitchen-ın qurucusu Vudi Conson 1946-cı ildə Arizona ştatının Finiks şəhərindəki orijinal restoranı olan Woody's El Nido-da təcrübə olaraq fritoza bir neçə burrito qoyarkən çimiçanqanı icad etdiyini iddia etmişdir.[12] Bu "qızardılmış burritolar" o qədər populyarlaşdı ki, 1952-ci ildə çimiçanqa restoranın əsas menyu elementlərindən birinə çevrildi. Rəsmi qeydlərdə yeməyin ilk dəfə nə vaxt göründüyü göstərilməsə də, Arizona Universitetinin təqaüdçü folklorşünası Cim Qriffit 1950-ci illərin ortalarında Tusondakı Yaqui Qədim Paskua kəndində çimiçanqa gördüyünü xatırlayır.[13]
Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim olunan məlumatlara görə, tipik 183 qramlıq (6,5 unsiya) mal ətli və pendirli çimiçanqa porsiyası 443 kalori, 20 qram protein, 39 qram karbohidrat, 23 qram ümumi yağ, 11 qram doymuş yağ, 51 milliqram xolesterin və 957 milliqram natrium ehtiva edir.[14][15][16]