Qazaxıstan-Çin münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstan-Çin əlaqələri — Qazaxıstan və Çin arasında iki tərəfli münasibətlər. İki tərəfli əlaqələrin əsası 27 avqust 1992 ildə qoyulmuşdur. Qazaxıstanın Çində səfirliyi faliyyət göstərir. Hər iki ölkə Şanxay təşkilatının üzvüdür. İkisi də bu təşkilat daxilində münasibətlər qurur. Qazaxıstanın ilk müstəqilliyini tanıyan dövlət Çin olmuşdur. Çinin İli-Qazax muxtar dairəsində 2 milyon qazax yaşayır. Qazaxlar qazax dilində danışır ancaq ərəb əlifbasından istifadə edirlər. Qazaxların çoxu əsasən iri şəhərlərdə yaşayır və təhsil edir. Üstəlik Pekin və Şanxay şəhərlərində belə qazax diasporu vardır. Çinin Sinszyan-Uyğur muxtar rayonu Qazaxıstanın maraq çərçivəsində olan bölgədir. Hər iki ölkə arasında dövlət sərhədi 1533 metr təşkil edir[1].
2000-ci ildə Çin kapitalı hesabına ümumi neftin 7,36%, 2010-cu ildə isə 23,51%[2] çıxarılır.
1995—2007-ci illərə olan pul dövriyyəsi iki ölkə arasında 391 mln dollardan 13800 mln dollar arasında dəyişmişdir[3]. Qazaxıstanın Çinə xam neft ixracatı elə də böyük deyildir. Əgər bu rəqəm 2000-ci ildə 1,0 % təşkil edirdisə, 2010-cu ildə bu rəqəm 4,2 % olmuşdur[4]. Qazax neftinin Çinə illik ixracı 2001—2010-ci illərdə 0,6 mln tondan 9,7 mln tona qədər olmuşdur. Kəskin şəkildə neft ixracının artmasına səbən 2005-ci ildə Qazaxıstandan Çinə kəmərin çəkilməsi olmuşdur[5].
İki ölkə arasında sərhəd 1740 km təşkil edir. 26 aprel 1994-cü ildə iki ölkə arasında «Qazaxıstan-Çin dövlət sərhəddi haqqında» anlaşma imzalanır. İki ərazi istisna olmaq şərti ilə iki ölkə arasında sərhəd müəyyən edilir. Söhbət Qazaxıstan ərazisində yerləşən 944 km² ərazidən gedirdi. Nəhayətdə 1997-ci ildə iki ölkə arasında səhdəd anlaşması imzalanır. 10 mart 1999-cu ildə Qazaxıstan parlamenti bu sənədi təstiqləyir. Bununla da iki ölkə arasında sərhədlər tam müəyyən edilir. Mübahisəli olan 944 km² ərazidən 407 km² ərazi Çinə verilir. Yerdə qalan 537 km² ərazi isə Qazaxıstanda qalır[6]. Astana həm də SSRİ dönəmində istehkam tikililərinin inşası planından imtina edir.
Hər iki ölkə arasında siyasi əlaqələr daim konstruktivdir. 1990-cı illərdə Çin Qazaxstana Uyğurlsra yardım etməməsi ilə əlaqədar ərazi ploblemini ortaya atmışdı. Hazırda isə iki ölkə qərb ölkələri ilə əlaqələrin təminatında mühüm dəhliz rolunu oynayır.