Çinaryarpaq ağcaqayın | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çinaryarpaq ağcaqayın |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çinaryarpaq ağcaqayın (lat. Acer pseudoplatanus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.
Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır.
Hündürlüyü 30–35 m-ə, gövdəsinin diametri 1,5 m-ə çatan iri, sıx piramidaşəkilli çətirə malik ağacdır. Cavan budaqları çılpaq qonur-boz rəngli dairəvi xallarla örtülmüşdür. Tumurcuqları yumurtavari, iti uclu, sarımtıl-yaşıl rəngdədir. Yarpaqcıqları 8–17 sm uzunluqda və enində olub, iri, 5 dilimlidir. Yarpaq qaidəsindən dərin ürəkvari və ya kəsimlidir. Üstdən tünd-yaşıl, altdan ağımtıl və ya göyümtül rəngdədir, cavan vaxtı alt tərəfdən tükcüklərlə örtülü olur. Yarpaqların saplağı 7–20 sm uzunluqdadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdə, 5–16 sm uzunluqda çoxçiçəkli salxımlara toplanmışdır. Çiçək saplağı tükcüklərlə örtülmüşdür, çiçəkyanlığı xırda, töküləndir. Qanadlı meyvələri iti, bəzən küt bucaq altında ayrılmış olub, 6 sm uzunluqdadır. Meyvələri yetişdikdə qonur rəngdə olur və qaidəyə doğru qanadlar ensizləşir, yuxarıdan isə dairəvi şəkillidir. Meyvələri bəzən şiş, çılpaq və seyrək tükcüklərlə örtülü vəziyyətdə olur. Aprel-iyun aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir.
Orta dağ qurşağına qədər olan ərazilərdə nəm və rütubətli təbii fıstıq, şabalıd və vələs meşələrində təsadüf edilir.
Qərbi Böyük Qafqazda rast gəlinir, Azərbaycanın nadir bitkisidir.
Dekorativ bitki kimi yol kənarlarında, tək əkinlərdə becərilir. Gövdəsindən mebel, musiqi alətləri, döşəmə və s.