Kənd | |
Ördəkli | |
---|---|
40°31′13″ şm. e. 44°55′51″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Sevan rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.925 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ördəkli — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.[2]133
Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3] qeyd edilmişdir.
Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli[4] etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[5][6][170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е. ə. VIII əsrə aid Urartu dilində bir mənbədə Urtex kimi qeyd olunmuşddur.[7]
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Zaman-zaman onlar qovulmuş, xircdən (İran və Türkiyədən) köçürülən ermənilər burada yerləşdirilmişdir[8]. 1920-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 22 nəfər azərbaycanlı yaşamışdır[9]. XX əsrin əvəllərində, 1905–1906-cı illərdə erməni azərbaycanlı münaqişəsi nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi kənddə yalnız ermənilər yaşayır.