İbn Həcər Əsgəlani | |
---|---|
ərəb. أحمد بن علي بن مُحمَّد بن مُحمَّد بن علي بن محمود بن أحمد بن أحمد الكناني العسقلاني المصري الشافعي | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Misir |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elm sahələri | fiqh |
Tanınmış yetirmələri | Sui̐uti, Jălălăddin Ăbd ăr-Răḣman,, Zəkəriyyə əl-Ənsari |
![]() |
İbn Həcər Əsgəlani (ərəb. ابن حجر العسقلاني; 773 — 852) — görkəmli fəqih və tanınmış mühəddis.
Əsl adı Əbül-Fəzl Əhməd ibn Əli ibn Məhəmməd Kinani Şafiidir. O, Misirdə doğulmuşdur. Erkən yaşlarında Quran hafizi olmuş, sonra Məkkəyə getmiş və orada nüfuzlu alimlərdən dərs almışdır. Orada o, hədis elminə böyük maraq göstərib Hicaz, Şam və Misirin görkəmli alimlərindən hədis elminin sirlərini öyrənmişdir. Sonra İbn Həcər müəllimlik etmiş, İslam elminin müxtəlif sahələrinə aid kitablar yazmışdır. Sonralar isə o, qazi (II) vəzifəsini də icra etmişdir. İbn Həcər 150-ə qədər əsərin müəllifi olmuşdur. Bu əsərlər hələ onun sağlığında ona şöhrət qazandırmışdır. İbn Həcərin ən görkəmli əsəri “Fathül-Bari fi Şərhis- Sahihül-Buxari” əsəri olmuşdur. Bu əsər Məhəmməd Buxarinin “Səhihi Buxari” əsərinin şərhidir. İbn Həcərin digər məşhur əsəri isə fiqhi məsələlərə həsr edilmiş “Bülüğul-Məram min Ədillətül-Əhkam” (Dini ehkamların anlaşılmasında məqsədə çatma) adlanan hədis kitabıdır.[1]