İbrahim Hatemikiya | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tehran |
Vətəndaşlığı | İran İslam Respublikası |
Həyat yoldaşı | Sima Hatemikiya |
Uşaqları |
Nayereh Yusif İsmayıl |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Filmoqrafiya |
Təhsili |
Tərbiyət Müdərris Universiteti Tehran Universiteti |
Fəaliyyəti | Filmoqrafiya sahəsi |
Fəaliyyət illəri | 1986-cı ildən etibarən günümüzədək |
Mükafatları |
8 dəfə Kristal Simurq mükafatı (Fəcr Beynəlxalq Film Festivalında) Ən yaxşı Rejissor mükafatı (Vyana Müstəqil Film Festivalı |
Vikianbarda əlaqəli mediafayllar |
İbrahim Hatemikiya (farsca: ابراهیم حاتمی کیا) - İran azərbaycanlılarından olan rejissor, film prodüseri, aktyor və ssenarist.[1]
23 oktyabr 1961-ci ildə Tehran şəhərində yaşayan azərbaycanlı ailədə dünyaya gəlmişdir. Dindar ailədə böyümüşdür.[2]
Tərbiyət Müdərris Universitetini və Tehran Universitetini bitirmişdir.
İbrahim Hatemikiya ilk öncələr İran-İraq müharibəsi ilə bağlı müxtəlif qısa filmlər və sənədli filmlər çəkmışdir. İlk filmini 1986-cı ildə çəkmişdir . Filmin adı Kimlik adlanır. İndiyə qədər Fəcr Film Festivalında 8 dəfə mükafat ala bilmişdir. 1990-cı illər İran filmoqrafiyasının yetişdirdiyi ən böyük şəxslərdən hesab edilir. Onun Şüşə agentliyi və Atanın adı ilə filmləri XVI və XXIV Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı ekran əsəri və ən yaxşı rejissor işi nominasiyalarında mükafata layiq görülmüşdür. O, İranda yaşayan insanlar arasında aparılan sorğu zamanı İranın ən məşhur 10 film prodüserindən biri olmuşdur.[2]