İkiçiçək dağlaləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İkiçiçək dağlaləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
İkiçiçək dağlaləsi (lat. Tulipa biflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.
Çoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından kiçikdir. Sapı sarı, 2-2,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1-1,5 sm uzunluğundadır.
Bozqırlarda və orta dağ qurşaqlarında, qış otlaqlarında, quru-otlu yamaclarda, gilli, çınqıllı, daşlı yerlərdə yayılır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Kseromezofitdir.
Qobustan, Abşeron, Kür-Araz ovalığı, Naxçıvan düzü (Duzdağ, Darıdağ, Aracıq dağ ətəklərində) .
Populyasiyalarına az rast gəlinir. Antropogen amillər azalma təhlükəsini yaradır
Əhali tərəfindən intensiv toplanması və zoogen amillər.
Təbii ehtiyatları azdır. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.