İngilis inqilabı, İngiltərə burjua inqilabı və ya İngiltərə vətəndaş müharibəsi (ing. English Civil War) — protektorat Kromvelin ölümü və monarxiyanın bərpa edilməsindən sonra 1642–1651-ci illərdə İngiltərədə baş verən mütləq monarxiyadan burjua respublikası quruluşuna keçid prosesi.
XII əsrin 40 illəri üçün İngiltərə əsasən aqrar ölkəsi olaraq qalırdı. Lakin burjua münasibətləri də inkişaf etməkdə idi ki, bu inkişaf sənayesinin bütün sahələrin əhatə edirdi. Manufakturalar meydana gəlir, xarici ticarət intensiv inkişaf edir, yeni-yeni müstəmləkələr ələ keçirilirdi. 1600-cı ildə Ost-Hind, 1606-cı ildə iki Virciniya, 1614-cü ildə «Avanvturist tacirlər» xarici ticarət kompaniyaları meydana gəldi. Lakin İngiltərə mütləqiyyəti yaranmaqda və inkişaf etməkdə olan burjua münasiəbtəlrinin yolunda əngələ çevrilmişdi. İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə hakimiyyətə gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründəİngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu. Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitə İngiltərənin maraqlarına toxunurdu. Lakin “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı.Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzindəİngiltərənin xarici siyasətində kredo olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.
Tüdorların xarici siyasət xətti XVII yüzilliyin əvvəlləri üçün İngiltərənin dəniz gücünün olduqca artmasına səbəb olmuşdu ki, sonrakı geosiyasət nəzəriyyəçiləri bunu İngiltərənin varlanmasının başlıca faktoru kimi qeyd edirdilər. Stüartlar sülaləsi hakimiyyətə gəldikdən sonra 1603-1614-cü illər arasındakı dövrdə 6 beynəlxalq şirkət təsis olunmuşdu ki, bunlar Qvineyadan Cənub-şərqi Asiyayadək müxtəlif ərazilərə yayılmışdı. İngiltərənin sürətlə varlanması gedişində Siti bankların dövlət siyasətinə təsiri güclənmişdi. Bu bankın ən güclü bankirlərindən biri Pimi kral Pim adlandırırdılar ki, bu şəxs parlament müxalifətinin başında dururdu. İngiltərədə yeni və köhnə rejim arasında mübarizə kralla parlament arasında mübarizədə təzahür edirdi. Parlament müxalifətinin görkəmli nümayəndələri Q.Hempdon, Pim, C.Eliton, E.Kok və başqaları idi (İngiltərə parlamentinin 500 nümayəndəsi var idi). Dövrün başlıca tələblərindən biri xarici siyasətin idarə olunmasında parlamentin səlahiyyətlərinin artırılmasindan ibarət idi. Yeni təsis olunmuş agent vəşirkətlər bütün imtiyazları əldə etməyə çalışırdılar və bu məqsədlə hakimiyyəyə təsir göstərirdilər. İngiltərədə daxili vəziyyətə gərginlik gətirən problemlərdən biri də formalaşmışənənəyəəsasən fəal xarici siyasət yeritmək üçün daxili vergilərin artırılmasının bilavasitə parlamentdən asılılığı məsələsi idi.
İngiltərənin siyasi tarixində Stüartlar sülaləsinin böyük rolu olmuşdur. Bu sülalə 1603-cü ildə hakimiyyətə gəlmiş vaxtilə kraliça Yelizaveta tərəfindən edam olunmuş kraliçanın bacısı Mariya Stüartın oğlunun adı ilə bağlıdır. I Yakov Stüart 1603-1625-ci illərdə, I Karl isə 1625-1649-cu illərdə hakimiyyətdə olmuş, məhz onların dövründəİngiltərənin Rusiyadan tutmuş Hindistana qədər nəhəng ərazilərdə agent və şirkətləri təsis olunmuşdu. Burjua inqilabı ərəfəsində Avropada başlıca rəqabət İngiltərə ilə Fransa və İngiltərə ilə İspaniya arasında gedirdi. Məlum olduğu kimi, XVI əsrin II yarısında Fransa kralı XII Lüdovikin Avropa diplomatiyası bilavasitəİngiltərənin maraqlarına toxunurdu. Lakin “məğlubedilməz armadanın” süqutundan sonra İngiltərənin Avropa siyasətində rolu artdı.Belə ki, “məğlubedilməz armadanın” aradan qaldırılması sonrakı 400 illik dövr ərzindəİngiltərənin xarici siyasətində kredo olan belə bir fikrin formalaşmasına səbəb oldu ki, ayrılıqda götürülmüş ingilis donanması 2 güclü Avropa dövlətinin donanmasının gücünə bərabər olmalıdır.Yalnız 1921-22-ci illər Vaşinqton konfransından sonra həmin qayda nisbi dəyişikliyə məruz qaldı.
1637-ci ildə Şotlandiyada üsyan başladıqdan sonra kral I Karl vəsait əldə edib üsyanı yatırmaq üçün 1640-cı ilin aprelində yenidən parlament çağırmağa məcbur oldu. Lakin cəmi üç həftədən sonra buraxıldığı üçün Qısamüddətli parlament adı ilə tarixə daxil oldu. Ölkədə mütləq monarxiyaya qarşı genişlənən siyasi mübarizə tezliklə I Karlı geri çəkilməyə vadar etdi. Şotland üsyanının yatırılması məsələsində kral parlamentdən dəstək qazana bilmədi. Çünki yeni vergilərin təyin olunması məsələsinə parlament razılıq vermədi. Şotland üsyanı İngiltərəyə iki tərəfdən ciddi zərər verdi: Birincisi, İngiltərə diplomatiyasının Avropa siyasətində mövqeləri zəiflədi, ikincisi, Şotland üsyanı İngiltərə puritanizminin güclənməsinə ciddi şəkildə start verməklə hakimiyyət elitasında bir sıra dəyişikliklərin əsasını qoydu. Tori və viqlərin yerində yeni parlament partiyaları olan independentlər və presvetrianlar formalaşmağa başladı. Qısamüddətli parlamentdən xarici və vergi siyasəti ilə bağlı heç bir yardım görməyən kral 1640-cı ilin sentyabrında təkrar parlament çağırmağa məcbur oldu və bu parlament 1653-cü ilədək mövcud olmaq üçün Uzunmüddətli parlament adı aldı. Beləliklə, ölkədə kral və parlament tərəfdarlarından ibarət iki siyasi düşərgə yarandı.
Kral tərəfdarları başlıca olaraq royalistlər idi. Parlament tərəfdarlarının tərkibi yekcins deyildi: iki başlıca partiya formalaşmışdı: presveterianlar və independentlər. Presveterianlar ölkədə mərkəzləşmiş kilsəni saxlamağa tərəfdar çıxır, lakin kilsənin başında kraldan asılı yepiskopun deyil, seçilmiş başçının (peresviterin) olmasını istəyirdilər. Presviter sinod qurultayları qarşısında məsuliyyət daşıyırdı. Independentlər (müstəqillər) isə mərkəzləşmiş kilsəyə qarşı çıxır, hər bir kilsə icmasının müstəqilliyi ideyasını yayırdılar. Bu kilsənin başında kilsə icmasının üzvləri tərəfindən seçilmiş və səlahiyyətləndirilmiş başçı durmalı idi. 1641-ci ilin yazında xalq kütlələrinin inqilabi çıxışlarının genişlənməsi ilə əlaqədar parlament müxalifəti 204 bənddən ibarət «Böyük remonstrasiya» adlı sənədlə çıxış etdi. Burada kralın cinayətləri sadalanır, müstəqil daxili və xarici siyasət yeridilməsi, burjua azadlıqlarının verilməsi, müstəqil puritan kilsənin yaradılması tələb edilirdi. Məlum olduğu kimi, ingilis puritanlarının ilk dəstələrindən biri hələ 1629-cu ildə «May çiçəyi» gəmisində Amerika sahillərinə yan almış və Virciniya ştatının əsasını qoymuşdular. Puritançılığın əlehdarı olan I Karl Roma papası ilə münasibətlərin kəsilməsini, yəni ingilis kilsəsinin müstəqilləşməsini cinayət hesab edirdi və bu məsələdə qarşıdurma xüsusi ilə gərgin xarakter almışdı. Kralın parlament müxalifətini həbs etmək və parlamenti buraxmaq cəhdi boşa çıxdıqdan sonra başlıca tərəfdarlarının toplaşdığı şimal qraflıqlarına qaçmağa məcbur oldu və 1642-ci ilin avqustunda I Karl Nottinqemdə qara rəngli müharibə bayrağını qaldırdı. Vətəndaş müharibəsinin I mərhələsi başlandı (1642-1647). Vətəndaş müharibəsi dövründəİngiltərədə baş verənləri İspaniya və Fransa diqqətlə izləyirdilər. Fransız kralları ilə qohumluq əlaqələrinə malik olan Stüartlar Fransanın dəniz gücündən İngiltərədəki rəqiblərinə qarşı mübarizədə istifadə etmək arzusunda olduqlarını gizlətmirdilər və bu məqsədlə fransız kardinalı Mazarini ilə müvafiq danışıqlar da başlanmışdı. Müharibənin əvvəlində üstünlük I Karlın tərəfindən idi. 1642-ci ilin payızında Eçill döyüşündə parlament ordusu əzildi, ona prestveteranlardan qraf Mançester və qraf Esseks başçılıq edirdi. 1644-cü ilədək üstülük kral ordusunun əlində idi.
Müharibənin gedişində Oliver Kromvelin (1599-1658) hərbi istedadı parladı. Orta zadəgan ailəsində doğulmuş Kromvel tezliklə independentlərin liderinə çevrildi və ordunu yenidən qurmağa müvəffəq oldu. 1644-cü ildə Marston-Mur döyüşündə parlament ordusu ilk böyük qələbə çaldı. Bu döyüşdən sonra Kromvelin əsgərləri “dəmirböyürlü” adlanmağa başladı. Orduda əvvəlcə 22 min, sonradan 70 min döyüşçü var idi. Baş komandan Tomas Ferfaksın başçılığı altında 1645-ci il iyunda Neyzbi döyüşündə parlament ordusu tam qələbə çaldı. 1646-cı ilin yazında Kral Şotlandiyaya qaçmağa məcbur oldu, onlar isə kralı pulla parlamentə satdılar. Royalistərin sonuncu istingahları 1647-ci ilin martında süqut etdi. Neyzbi döyüşündən sonra I Karlın arvadı Generetta başda olmaqla qohumları Fransada sığınacaq tapmışdılar.İngiltərədə vətəndaş müharibəsi dövründə Fransanın buradakı səfiri Karulle vəİspaniyanın səfiri Don Allon Karden Kromveli öz tərəfinə çəkmək üçün öz xidmətlərini təklif edirdilər. Fransız səfiri Karulle Mazarinin tapşırığı ilə Kromvelə ittifaqla yanaşı böyük miqdarda pul, edam olunmuş kralın qohum-əqrəbasını və dəniz siyasətində müttəfiqlik təklif edirdi. Təsadüfi deyildi ki, Fransanın adı Kromvelin imzaladığı Naviqasiya Aktında öz əksini tapmışdı. Aktda öz əksini tapmayan dövlətlər sırasında Hollandiya və İspaniyanın da adı vardı. Kromvel İspan səfirinin qardaşını özünü yaxşı aparmadığına görə camaat qarşısında edam etdirmişdi. 1645-ci ildə baş vermiş Neyzbi döyüşü təkcə İngiltərədə deyil, Avropada da siyasi vəziyyətə ciddi təsir göstərdi. Bu döyüşdən sonra Kromvelin həm hərbi, həm də siyasi gücü artdı. Kral tərəfdarları royalistlərin də puritanlar kimi, Avropaya və Amerikaya axını başladı. Doğrudur, Kromvel ölkə daxilində bir sıra cərəyanların müqavimətini də aradan qaldırmaq məcburiyyətində idi. Vətəndaş müharibəsinin I mərhələsi başa çatdıqdan sonra parlament Avropa siyasətində İngiltərənin rolunun bərpasına çalışırdı və bu məqsədlə konkret tədbirlər görülürdü. Neysbi döyüşündən sonrakı dövr ərzində siyasi səhnəyə Levellerlər partiyası da çıxdı. Onun lideri Con Lilbern (1614-1657) idi. Bu partya xırda burjua ideloqu olub aşağı təbəqələri vəəsgərləri əhatə edirdi. Lakin hərəkatın ömrü qısa oldu və 1649-cu ildə başa çatdı. Parlament Lilbernin qovulması haqqında qanun verdi və o, Şotlandiyaya getdi. Az sonra Cerard Uinstenlinin (1609-1652) başçılıq etdiyi həqiqi levellerler- diggerlər hərəkatı (digger- yerqazan deməkdir) başlandı.
Həbsdə saxlanılan kralın qaçması ölkədə vəziyyətin yenidən gərginləşməsinə səbəb oldu. Tampl qalasından qaçan kral yenidən öz tərəüfdarlarını və parlamentdən narazı qüvvələri toplamağa müvəffəq oldu. 1648-ci ilin fevralında cəmi üç ay davam edən II vətəndaş müharibəsi başladı. I Karl şotlandları da öz tərəfinə çəkərək arxanı möhkəmləndirdi və mübarizəni davam etməyə başladı. Lakin Kromvel dərhal genişlənməkdə olan hadisələrə reaksiya verdi və parlament ordusu avqustda Preeton yaxınlığında royalistlərin vəşotlandların birləşmiş qüvvələrini darmadağın etdikdən sonra müharibə başa çatdı. Kral I Karl əsir götürüldü və ciddi şəkildə mühafizə edilməyə başladı. Bu vaxtdan etibarən kralın taleyi ilə bağlı parlament müzakirələrinə start verildi. Kromvelin kralın edam edilməsi ilə bağlə təklifi müqavimətlə qarşılandıqdan sonra parlamenti prestveterianlardan təmizləmək üçün 1647-ci il 6 avqustda və 1648-ci il 5 dekabrda sayı 140 nəfərə çatan presveterianlar parlamentdən qovuldu. Bu hadisə tarixə «Prayd təmizləməsi» adı ilə daxil oldu. Gərgin müzakirələrdən sonra 1648-ci ilin dekabrında parlament kralı mühakimə etmək üçün tribunal yaratdı. Tribunal kralı vətənə xəyanətdə ittiham edərək ona ölüm hökmü çıxardı və I Karl 1649-cu ilin yanvarın 30-da edam edildi. 1649-cu il mayın 19-da İngiltərə respublika elan edildi. 1653-cü ildə Uzunmüddətli parlamentin qalıqları qovulduqdan sonra xarici siyasət məsələləri başlıca olaraq Kromvelin əlində cəmləşdi.
İngiltərə tarixinin 1649-1653-cü illər dövrü I respublika (İndependent respublikası), 1659-1660-cı illər dövrü isə II respublika dövrü kimi səciyyələnir. Birinci respublikanın dövründə xarici siyasət məsələləri tam şəkildə Kromvelin əlində cəmləşmişdi. Onun Avropa siyasətində üç ölkə: Fransa, İspaniya və Hollandiya mühüm yer tuturdu. Kromvel Hollandiyadan İngiltərəyə ilhaq olunmağı tələb edirdi. İspaniyadan isə inkvizasiyaya son qoyulmasını və Amerika qitəsi ilə ticarətə başqa ölkələrə, o cümlədən dəİngiltərəyə də imkan yaradılmasını tələb edirdi. Bu dövrdə İngiltərədəki İspaniya səfiri Don Alonso Karden və Fransa səfiri Karulle böyük diplomatik iş aparırdılar. Edam edilmiş kralın Fransaya qaçmış arvadı Qenrietta-Mariya və ona bağlı saray dairələri Fransanın İngiltərə ilə yaxınlaşmasına göstərdikləri müqavimətə baxmayaraq, uzun sürən danışıqlardan sonra 1655-ci ildə Fransa ilə müqavilə bağlandı. Çünki kardinal Mazerini Kromvelə pul, edan olunmuş kralın ailəsini və ittifaq təklif etmişdi. Müqvilə hər iki ölkənin Avropa siyasətində ziddiyyətlərin yumşalmasına, İspaniya və Niderlanda qarşı isə birgə siyasətin yeridilməsinə imkan verirdi. İngiltərə ilə fəal rəqabət aparan Hollandiyanı sıradan çıxarmaq üçün Kromvel Naviqasiya Aktı adlı sənəd imzaladı (1651-ci il 5 avqust). Sənədə görə, İngiltərəyə mallar ancaq ingilis gəmilərində və adı akta düşmüş ölkələrdən gətirilə bilərdi. Hollandiyanın aktdan ciddi narazılığı 1652-54-cü illər ingilis-holland müharibəsinə gətirib çıxardı ki, bu müharibədə Hollandiya əzildi və təslim oldu. Sülhün şərtinə görə, Hollandiyanın çoxsaylı ticarət donanması İngiltərə bayrağı altında hərəkət etməli idi. Birləşmiş əyalətlərin Baş ştatlarının iclasında dövlət xadimlərindən biri obrazlı şəkildə demişdi ki, bunban sonra biz də, dəniz də ingilislərin himayəsindəyik.
1651-ci il 5 avqust Naviqasiya Aktından sonra İspaniya ciddi şəkildə narazılıqlarını bildirdi. İspaniyanın Kromveldən Franasaya qarşı istifadə etmək cəhdləri uğursuzluqla nəticələnməsi iki ölkə arasında münasibətlərin gərginləşməsini şərtləndirdi. Kromvel Kardeniyadan inkivizasiyaya (kilsə məhkəməsi) son qoyulmasını və Vest-İndiyaya (Amerika) gedən dəniz yolundan maneəsiz istifadə olunmasını tələb etdikdə səfir cavabında - bu mənim hökmdarımın iki gözünü istəmək kimi şeydir, -cavabını vermişdi. 1656-cı ildə İspaniya ilə başlanan müharibə Kromvelin ölümündən sonra qələbə ilə başa çatdı. Qul alverinin mərkəzi olan Yamayka adası İngiltərənin əlinə keçdi. İspaniya Avropa siyasətindən sıxışdırılıb çıxarılmağa başladı. İngiltərə burjua inqilabının 1653-1659-cu illər dövrü Kromvel protektoratlığı dövrü adlanır. 1653-cü il 16 dekabrda Kromvel respublikanın lord-protektoru (müdafiəçisi) elan olundu. Respublikanın konstitusiyası qəbul edildi. Ölkə başında general-mayor dayanan dairələrə bölündü. Respublikanı Dövlət Şurası və parlament idarə edirdi. 1657-ci ilin mayında protektorluq irsi elan edildi və lordlar palatası bərpa edildi. 1658-ci ilin payızında Kromvelin ölümündən sonra 1658-1959-cu illərdə oğlu Riçard Kromvel lord -protektor oldu. 1650-ci ildə İngiltərəni İspaniya və Fransa tanıdılar. 1649-1652-ci illərdə Kromvel İrlandiyaya yürüş edərək üsyanı qan içində boğdu, Dublin şəhəri qarət edilərək yandırıldı (üsyan İrlandiyada 1641-ci ildə başlamışdı). Kromvel 1653-cü illərdə İsveç, Danimarka və Portuqaliya ilə ticarət müqavilələri imzalanmışdı.
1659-cu il mayından 1660-cı ilin may ayına qədər davam edən II respublika dövründə İngiltərəni parlament təkbaşına idarə edirdi. 1660-cı il fevralın 3-də Şotland ordusunun komandanı general Monk ordusu ilə Londona daxil oldu, dövlət çevrilişindən sonra yeni parlament seçkiləri keçirildi. 4 aprel 1660-cı ildə II Karl xüsusi manifest - "Bred bəyənnaməsi" qəbul etdi. Bəyənnaməyə əsasən, vətəndaş müharibələrinin iştirakçıları əfv esilir, dini etiqad azadlığı elan olunur, torpaq üzərində sahibkarlıq hüququ təsdiq olunurdu. Beləliklə, parlament I Karlın oğlu II Karlı taxt-taca bərpa etdi. (1660-1685). Oğlu II Yakov (1658-1688) katolik idi. II Yakov və oğlu II Karl Stüartların əvvəlki qeyri-məhdud hüquqlarını bərpa etməyə çalışırdılar. Lakin hər iki kralın yeritdiyi siyasi xətt çox tezlikləİngiltərər parlamentində və hakimiyyət elitasında yeni müxalifətin meydana gəlməsini şərtləndirdi, ölkədə ictimai-siyasi vəziyyət yenidən olduqca kəskin xarakter aldı. Parlament partiyaları – torilər, viqlər və anqlikan kilsəsi Fransanın dəstəyindən istifadə edərək Stüartların qadın xətti ilə qohumlarından olan II Yakovun qızı Mariyanın əri protestant Oranlı Vilhelmə (o Hollandiyanın ştathalteri idi) müraciət edərək onu İngiltərəyə kral taxtına dəvət etdilər. 1688-ci il dekabr ayında Vilhelm (1688-1702) Londona daxil oldu və II Yakov tələsik şəkildə Londonu tərk etmək məcburiyyətində qaldı. Hakimiyyəti tamamilə ələ aldıqdan sonra 1689-cu il oktyabr ayında Vilhelm «hüquqlar haqqında» bill adlı parlamentin və kralın hüquqlarını müəyyənləşdirən sənəd imzaladı. 13 bənddən ibarət billdə xarici siyasət fəaliyyətinin bütün sahələri parlamentin prereqativinə çevrilirdi. Həmin sənəd İngiltərə parlament monarxiyasının təsis aktı hesab edilə bilər. Beləliklə, 1688-ci il «şanlı inqilabı» adlanan bu hadisə ilə də İngiltərə burjua inqilabı başa çatdı. İngilis tarixşünaslarınının «şanlı inqilab» adlandırdığı epizod 1688-1689-cu illərin hadisələri ilə bağlı olmuşdur. İngiltərə burjua inqilabının qələbəsi İngiltərənin dünya birinciliyi yoluna çıxmasını təmin etmişdi. İngiltərə tarixşünaslığı belə bir məsələdə həmrəydir ki, XVII əsrin sonları üçün inqilabdan sonra keçən 40 il ərzindəİngiltərə dünyanın ən böyük müstəmləkə dövlətinə çevrildi.