İntiqam Zairov | ||||||||
---|---|---|---|---|---|---|---|---|
| ||||||||
Şəxsi məlumatlar | ||||||||
Tam adı | İntiqam Zairov | |||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||
Doğum tarixi | 21 aprel 1985 (39 yaş) | |||||||
Doğum yeri | ||||||||
Boyu | 168 sm. (5 ft 6 in) | |||||||
İdman növü | Ağır atlet | |||||||
Medallar
|
İntiqam Zairov (21 aprel 1985, Bakı) — Azərbaycanı təmsil edən ağır atlet.[1]
Karyerası ərzində İntiqam Zairov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində İntiqam Zairovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2009-cu ildə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatınıda gümüş medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi.[1]
2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında İntiqam Zairov ümumi nəticədə olimpiadanı 361 (166+195) nəticə ilə doqquzuncu pillədə başa vurdu.[2]
Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə İntiqam Zairov ümumi nəticədə 397 (182+215) nəticə ilə olimpiadanı altıncı pillədə başa vurdu.[3]
2017-ci ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008 və 2012-ci illərdə olimpiadalar zamanı götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[4] Məlumata əsasən İntiqam Zairov olimpiadalarda mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[4] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.[4] Həmçinin onun 2013-cü il Avropa Çempionatı və 2015-ci il Dünya Çempionatında göstərdiyi nəticələrdə ləğv edildi.