İrott-kö

İrott-kö
Geşribenşteyn
mac. Írott-kő
alm. Geschriebenstein
Dağın zirvəsində yerləşən müşahidə qülləsi.
Dağın zirvəsində yerləşən müşahidə qülləsi.
Ümumi məlumatlar
Dağ sistemi Köseq dağları
Mütləq hündürlüyü 884[1]
Nisbi hündürlüyü 414 m
Marşrutu Nəqliyyat vasitəsilə
Yerləşməsi
47°21′10″ şm. e. 16°26′02″ ş. u.HGYO
Ölkələr
Regionlar
İrott-kö Geşribenşteyn xəritədə
İrott-kö Geşribenşteyn
İrott-kö
Geşribenşteyn
İrott-kö Geşribenşteyn xəritədə
İrott-kö Geşribenşteyn
İrott-kö
Geşribenşteyn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrott-kö (mac. Írott-kő) və ya Geşribenşteyn (alm. Geschriebenstein‎; qulaq as) — AvstriyaMacarıstan sərhədində yerləşən və hündürlüyü 884 metr (2,900 ft) olan dağ.

İrott-kö Köseq dağlarının, Qərbi Macarıstanın (Transdanubiya), eləcə də Burgenlandın ən hündür dağdır. Dağın hündürlüyü Avstriya mənbələrinə görə – 884 metr (2,900 ft), Macarıstan mənbələrinə görə isə – 883 metr (2,897 ft). İrott-kö dağı Macarıstanın ən hündür zirvələri siyahısında 44-cü yerdədir.

Avstriya tərəfdən dağa ən yaxın qəsəbələr RextnitsLokkenhausdur. Macarıstan tərəfdən dağa ən yaxın ən yaxın isə Köseqdir.

Dağın macar dilindəki əvvəlki adları Fenyoheq (mac. Fenyőhegy; mənası – Şam ağacı) və Salkö (mac. Szálkő; mənası – Sap daşı) olub. Dağın müasir adının (macar dilində Írott-kő, alman dilində Geschriebenstein) mənası "Daşda yazılmış" deməkdir. Ehtimal olunur ki, bu ad VattyaniEsterhazi sülalələrinin AvstriyaMacarıstan sərhədində yerləşən yazılı abidələrə istinad edir.

Dağ ilk dəfə XIV əsrdə qeydə alınmışdır. Dağın zirvəsində 1913-cü ildə tikilmiş bir müşahidə qülləsi mövcuddur. Bu tikili Avstriya–Macarıstan sərhədinin tam üzərində yerləşir.

2007-ci ilin dekabr ayından etibarən Avstriya–Macarıstan sərhədindən rəsmiyyət olmadan keçmək mümkündür. Buna səbəb Macarıstanın Şengen razılaşmasına qoşulmasıdır.

  1. "Geschriebenstein, Austria/Hungary". www.peakbagger.com (ingilis). peakbagger. 18 iyun 2018 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  • Szerényi Gábor: Séta az Írott-kő Natúrparkon keresztül - A kéktúra nyugati végpontján, Élet és Tudomány, 2010 (65. évf.) 40. sz. 1264-1266. old.
  • Domonkos János: Jeles pontok a térképen: az Írott-kő, Természetbúvár, 1991 (46. évf.) 2. sz. 43. old.
  • Bartha Dénes - Markovics Tibor: Az Írott-kő harangvirágai, Természetbúvár, 1990 (45. évf.) 6. sz. 43. old.
  • Bakos György: Az Írottkő Natúrparkért Egyesület, Honismeret, 2010 (35. évf.) 3. sz. 56-61. old.
  • Bokányiné Boda Gyöngyi - Kiss Kornélia: "Határtalan természet - ezeréves kultúra" - Az Írottkő-Geschriebenstein Natúrpark, Turizmus Bulletin, 2002, 1. sz. 56-59. old.
  • Simola Ferenc: Bariska István: A kéklő Írottkő alatt, Vasi honismereti és helytörténeti közlemények, 2001 (28. évf.) 3. sz. 85-87. old.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]