İstanbul Hərb Muzeyi

İstanbul Hərb Muzeyi
(türk. Askerî Müze
İstanbul Hərb Muzeyinin yerləşdiyi əsas bina
İstanbul Hərb Muzeyinin yerləşdiyi əsas bina
Xəritə
Əsası qoyulub 1846
Açılış tarixi 1908
Yenidən təşkil olunub 1957, 1993
Mövzu hərb tarixi
Ölkə  Türkiyə
Yerləşir İstanbul
Ünvan Şişli, Harbiye məhələsi, Cümhuriyyət küçəsi
Kolleksiyası 50 min eksponat
İş rejimi çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar
41°02′54″ şm. e. 28°59′17″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstanbul Hərb Muzeyi (türk. Askerî Müze) — İstanbulda türklərin əcdadlarından müasir Türkiyəyə qədər olan türk hərbi tarixindən bəhs edən muzey. İstanbulun Harbiye səmtindəki Cümhuriyyət küçəsində yerləşən, 54.000 m² ərazidə qurulmuş, 18.600 m² bina olan tikililər kompleksidir. Geniş bir ərazini əhatə edən Mekteb-i Harbiye binası Osmanlı imperiyası üçün zabit yetişdirmək üçün qurulmuş və 1862-ci ildə inşa edilmişdir. Muzey bazar ertəsi və çərşənbə axşamı günləri istisna olmaqla hər gün ziyarətçilərə açıqdır.

Muzey əvvəlcə 1908-ci ildə Aya İrini Kilsəsində açılmışdı. 1950-ci ildə Şişli rayonu yaxınlığındakı Harbiye məhəlləsinə, çox sayda hərbi qurumun cəmləşdiyi ərazidə yerləşən Birinci Ordunun keçmiş qərargahına köçürüldü. 1957-ci ildə muzey General Əhməd Hulki Saral tərəfindən yenidən təşkil edildi. 1993-cü ildə muzey yenidən təşkil edildi və hələ də yerləşdiyi binada fəaliyyət göstərir.

Kolleksiya, ekspozisiya və silahlar

[redaktə | mənbəni redaktə et]

Muzey 9 salondan ibarət eksponatın nümayiş olunduğu 22 salondan ibarətdir. Bütün muzey kolleksiyası təxminən 50 min əşyaya malikdir. Daimi sərgiyə əlavə olaraq, muzeyin şərq qanadı müvəqqəti sərgilər üçün istifadə olunur; həm də seminarlar təşkil edir və s. Muzeyin qarşısındakı parkda tanklar, artilleriya topları və türk hərbi tarixinə həsr olunmuş abidələr sərgilənir. Muzeyin qarşısında ənənəvi yeniçəri musiqisini mütəmadi olaraq ifa edən "Mehter" ansamblı da var.

Muzeyin binası

[redaktə | mənbəni redaktə et]

II Əbdülhəmid tərəfindən tikilən bina əvvəllər hərbi məktəb binası kimi istifadə edilmişdir. Bina 1936-cı ilə qədər hərbi məktəb tərəfindən istifadə edilsə də, həmən il binada Birinci Ordunun qərargahı yerləşdirildi. 1957-ci ildə bina hərbi muzeyə verilsə də, qərargah kimi 1964-cü ilə qədər ordunun tabeliyində oldu. Belə ki, binanın cənub hissəsi, Harbiye Hərbi Klubu inşa edilənə qədər ordunun ehtiyacları üçün istifadə edildi.

1964-cü ildə əsas binadan hərbi muzey kimi istifadə edilməsinə qərar verildi. 1966-cı ildə bərpa Memar Prof. Dr. Nezih Eldem tərəfindən başladıldı. Bərpa işləri uzun müddət sürdü və 1991-ci ildə tamamlandı. Binada tikilən gündən bəri funksional və məkan dəyişiklikləri baş vermişdir. Bina məktəbdən muzeyə çevrilənə qədər həm daxili, həm də xarici görünüşü baxımından bir çox dəyişikliyə məruz qalmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]