İzoxətt

İzoxət (yun. isos-"bərabər") — hər hansı bir kəmiyyətin coğrafi xəritədə, şaquli kəsikdə və ya qrafikdə eyni qiymətlərini göstərən xətt.[1]

İzoxətlərin növləri

[redaktə | mənbəni redaktə et]

İzoamplitudalar

[redaktə | mənbəni redaktə et]

Xəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər.

Xəritədə küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt.

  • İzobarlar (yun. isos — "bərabər" və baros — "ağırlıq") — xəritədə, müxtəlif diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər.
  • İzobatlar (yun. isos — "bərabər" və bathis — "dərinlik") — xəritədə su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini birləşdirən xətlər.
  • İzotermlər — iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan yerləri birləşdirən xətlər. İzotermlər orta, illik, yanvar və iyul temperaturlarını göstərir.
  • İzodenslər (yun. isos — "bərabər" və lat.densus — "sıx") — havanın, dağ süxurlarının xəritədə xətləri.
  • İzofenlər — eyni mövsümi hadisə məntəqələrini birləşdirən xətlər (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni tarixləri).
  • İzobazlar — xəritədə Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya çökdüyü bərabər olan nöqtələri birləşdirən xətlərdir. Eyni qalxma xətlərini birləşdirən xətlərə izobanazlar, eyni çökmə nöqtələrini birləşdirən xətlərə isə izokatabazlar deyilir.
  • İzogipslər — xəritədə Yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini birləşdirən xətlər.
  • İzogiyetlər (yun. isos — "bərabər" və hyetos — "yağış") — vahid zamanda və ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər.
  • İzoxatlar — xəritədə küləyin sürəti eyni olan nöqtələri birləşdirən xətlər.
  • İzoxionlar (yun. isos — "bərabər" və chin — "qar") — xəritədə qar sərhəddinin yüksəkliyini göstərən izoxətlər.
  • İzokosmlar — xəritədə kosmik şüalanma gərginliyinin eyni olduğunu göstərən xətlər.
  • İzoqalinlər (yun. isos — "bərabər" və halinos — "duzlu") — xəritədə okeanlarda eyni duzluluğu göstərən nöqtələri birləşdirən xətlər.
  • İzomer — yağıntıların aylıq miqdarı eyni olan məntəqələri birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur.
  • İzonaqlar — su hövzələrində eyni davamiyyətli buz örtüyünü göstərən izoxətlər.
  • İzoneflər — xəritədə eyni buludluluq izoxətləri.
  • İzopaqlar (yun. isos — "bərabər" və paqos — "buz") — xəritədə su hövzələrində buz örtüyünün davamiyyətinin xəritədə izoxətləri.
  • İzopektiklər (yun. isos — "bərabər" və pektos — "bərkimiş, donmuş") — xəritə üzərində suyun donma tarixini göstərən izoxətlər.
  • İzopinklər (yun. isos — "bərabər" və pyknos — "sıx") — xəritədə dəniz suyunun sızlığını göstərən izoxətlər.
  • İzoseyslər — xüsusi xəritələrdə seysmik təkanların eyni gücdə qeyd olunduğu yerləri birləşdirən izoxətlər.
  • İzotip — müxtəlif ölkələrdə və ya rayonlarda yayılan heyvan və ya bitki növ müxtəliflikləri.
  • İzovela (yun. isos — "bərabər" və lat. velox — "tez hərəkət edən") — xəritədə küləyin eyni sürətli nöqtələrini birləşdirən izoxətt.
  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]