Şikoku

Şikoku regionun yerləşməsi
Şikoku regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Şikoku (ada)
Statistika
Sahə 18800 km²
Əhali 4,141,955 nəf.
   Əhali sıxlığı 220.32 nəfər/km²
Prefekturalar 4

Şikoku (四国, dörd vilayət?) — əsas hissəsi eyniadlı adada yerləşən Yaponiyanın ərazisinə və əhalisinə görə ən kiçik regionu. O, dörd prefekturadan ibarətdir: Tokuşima, Kaqava, EhimeKoçi

Şikoku (四国, dörd vilayət?) regionun adı onun ibarət olduğu dörd perefekturası ilə bağlıdır.[1] Eyni zamanda, bu Ölüm yeri kimi də oxuna bilər. Bu oxunuşun isə regionda olan ibadətçilik adəti ilə bağlantısı var.[2]

border=none Əsas məqalə: Şikoku (ada)

Şikoku regionu Yaponiyanın əsas dörd adasından ən balacası olan Şikoku adasından və onun ətrafında olan küçük adacıqlardan ibarətdir.[3] Onun Yaponiyanın başqa heç regionu ilə torpaq sərhədi yoxdur: şimal-şərqdə onu Kansai regionu ilə Naruto boğazı, şimalda Çuqoku regionu ilə Daxili Yapon dənizi, qərbdə isə əsas hissəsi Kyuşu adasında yerləşən eyniadlı region ilə Hoyo boğazı ilə Bunqo kanalı ayırır.

1988-ci ildən öncə Şikokunu Honşu ilə birləşdirən bir körpü yox idi. Beləliklə, bundan əvvəl region təcridedilmiş idi və ona ancaq gəmi vasitəsilə çatmaq olar idi.[4]

Regionun cənub hissəsi dağlı olduğuna görə, əhalinin çoxu onun şimal hissəsində yaşayır.[5]

Şikoku regionun iqtisadiyyatın əsas bölmələri balıqçılıq və kənd təsərrüfatıdır.[6] Burada ağac, kağız və kimyəvi kimi senayələr və bundan əlavə, kənd təsərrüfatında yemək, içki, tütün və heyvan yeməyi bölmələri inkişaf etmişdilər.[7]

Şikoku ibadətçiliyi buddizmin şinqon əqidəsinə aid olan ziyarətçilərin elədiyi dini adətidir. Bu adət Şikokuda yerləşən 88 buddist məbədlərin ziyarətindən ibarətdir. Hər il 150 minə yaxın adam Şikoku ibadətçiliyə gedir.[2]

  1. "Shikoku and Awaji Island" (PDF). Japan National Tourism Organization. September 2011. 2013-02-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-02.
  2. 1 2 lumleykoller.com
  3. "mlit.go.jp". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  4. "shikokutours.com". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  5. "photius.com". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  6. "jtbgmt.com". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
  7. yonkeiren.jp