Şimal kəkilli pinqvini | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şimal kəkilli pinqvini |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Şimal kəkilli pinqvini[3](lat. Eudyptes moseleyi) — Kəkilli pinqvinlər sinsinə daxil olan növ. Əvvəllər Eudyptes chrysocome növünə daxil edilir. 2009-cu ildə dərc edilmiş məlumata görə 1950-ci illərdə növün sayı 90% azalmışdır. Hazırda isə təhlükə qarşısında olan növ kimi qeydə alınmışdır[4].
Eudyptes chrysocome iki növə bölünmüşdür. Mövcud papulyasiya üzərində aparılan araşdırmalar bu canlıların fərqlilikləri nüəyyən edilmişdir[5][6]. Malekulyar-genetik araşdırmalar bu iki növ arasında fərqin orta pleyston dövründə[7] yaranmışdır. Genetik araşdırmalar bu canlıların ayrı iki növ olmuşdur[8].
Şimal kəkilli pinqvinin 99 % Tristan-da-Kunya və Qof adalarında yuva qururlar. Əsasən Atlantik okeanın cənub hissəsində yayılmışlar[9].
Quşlar əsasən Kril, Xərçəngkimilər, Kalmarlar, Osminoqlar və balıqlarla[9] qidalanırlar
Koloniya şəkillində yuva qururlar. İstər dəniz sahilində istərsə adaların daxilində yuva qura bilirlər[4].
Hazırda Qof adasında 100 000 - 500 000 arası, 18 000 - 27 000 cüt İnaksesebl, 3 200 - 4 500 cüt Tristan-da-Kunya adasında yaşayır. 1993-cü ildə Amsterdam adasında 25 000 cüt, 9 000 cüt isə Sen-Pol adasında qeyda alınmışdır. Bu adalar isə Hind okeanında yerləşir. Atlantik okean bölgəsində il ərzində populyasiyanın sayı 2,7% azalır[10]. Azalmanın səbəbi kimi yumurtaların yığılması və ya adalarda ev sıçovullarının yayılması ola bilər. Üstəlik Subantarktik dəniz pişiyi (Arctocephalus tropicalis) onların əsas düşmənləridir.
Son 30 il müddətində sayları olduqca azaldığından təhlükədə olan növ kimi qeydə alınmışdır[9].