Şimal sümürgəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Yarımdəstə: Fəsilə: Cins: Növ: Şimal sümürgəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimal sümürgəsi (lat. Asplenium septentrionale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Çoxillik kiçik bitkidir. Kökümsovu qısadır. Yarpaqları qalın dərilidir, çılpaqdır, uzun saplaqda rozetlə birgə kökümsovlardan çıxır. Yarpaqların saplağı nazikdir, şırımlıdır. Yarpaqlar saplağın orta hissəsindən yuxarıda 2-5 ədəd xətvari-dartıllmış saplaqcıq üzərində olan seqmentlərə bölünmüşdür; seqmentlər sivriləşmiş, tamkənarlı və yaxud uc hissədə ensiz dilimli olub, çəngəlvaridir. Sorusları yarpaqların aşağı tərəfinin bütünlüklə örtür; örtükləri tamkənarlıdır; sporlar qonur rənglidir, oval-böyrəkşəkillidir. İyul-avqust aylarında sporlayır.
BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Aşağı dağ qurşağından subalp qurşağına qədər.
Meşəli və meşəsiz rayonlarda, qayaların yarıq yerlərində, daşlı yerlərdə rast gəlinir.