Şiruko şorbası | |
---|---|
Mənşəyi |
Şiruko (yap. 汁粉, şorba + un) — Şəkər tozu və su qarışımında qaynadılan azduki lobyası və sonradan əlavə olunan qızardılmış moçi düyü keksləriylə hazırlanan şorba.
Şəkər tozu və su qarışımında qaynadılan azduki lobyası Çindən Yaponiyaya gəlmişdir. Aparılan arxeoloji qazıntılar nəticəsində azduki lobyasının 2000 il əvvələ aid izləri tapılıb. Yemək qutuları (yəni, bento, obento) Yaponiyada yemək ənənəsinin önəmli bir qismini təşkil edir. Çox qədim zamanlardan səyahətçilər, ovçular yola çıxarkən, təsərrüfatla məşğul olanlar və odunçular işləməyə gedərkən, balıqçılar dənizə çıxarkən yeməklərini bu şəkildə götürərdilər.
1960-cı ildən bu yana Yaponiyada düyü istehlakı azalmağa başladı. Belə ki, hal-hazırda 50 il öncəsi ilə müqayisədə düyü istehlakı yarıbayarı azalmışdır. Çünki 1868-ci ildən sonra, eləcə də, Qərblə əlaqələrin inkişafı ilə onların yemək növləri də Yaponiya mətbəxinə yol açdı. Hal-hazırda da hər bir yaponiyalı ailəsində təxminən üç ləziz yemək hazırlanır. Təbii ki, düyünün baş rolda olması qaçınılmazdır.
Şiruko şorbasının müxtəlif növləri vardır. Şabalıdla, düyü qlütenindən hazırlanan piroqla və sair kimi növlərini misal göstərmək olar.[1]