Şotlandiyanın dövlət rəmzlərinə bayraqlar, ikonalar həmçinin Şotlandiya və onun mədəniyyətinin ruhunu təcəssüm etdirən mədəni hadisələr aid edilir. Adətən bu milli rəmzlər Şotlandiya folklorı və adət-ənənələrindən qaynaqlanan, bəzilərinin rəsmi dövlət statusu olan mədəni ikonalardır. Bir çox rəmzlərin milli və beynəlxalq aləmdə rəsmi status almamasına baxmayaraq, bəziləri məsələn Şotlandiyanın rəsmi gerbi heraldikada əksini taparaq Şotlandiyanın rəsmi və tanınan rəmzi kimi qəbul edilmişdir.
Şotlandiya bayrağı göy lay üzərində Andrey xaçı şəklindədir. Bayraq IX əsrdən mövçuddur və istifadədə olan ən qədim milli bayraq hesab edilir. | |
Şotlandiya krallarının bayrağı çox vaxt qızılı fondaki əsas fiquruna görə həmçinin "Üsyan edən şir" də (Lion Rampant) adlandırılır. Bayrağı tez-tez Şotlandiya komandası ilə əlaqəli idman tədbirlərində görmək mümkündür. Bayraq rəsmi olaraq monarxın mülkiyyəti hesab edilir və digər insanlar tərəfindən istifadə edilə bilməz lakin bir çox hallarda bu qaydaya əməl olunmur. |
Şotlandiyanın gerbi Şotlandiyanın və monarxiyanın rəmzidir. Gerb qızılı sahədə ikiqat al qırmızı daxili xətt ilə cücərmiş zanbaqlarla haşiyələnmiş, nərə çəkən eyni rəngli dili və çaynaqları göy rəngli olan şir təsvirindən ibarətdir.
1707-ci il Uniya haqqda akt qəbul edildikdən sonra Şotlandiya gerbi Böyük Britaniya gerbinin tərkib hissəsi kimi qəbul olunsada hələ də bəzi funt sterlinqlərin üzərində Şotlandiyanı təmsil edir. Gerbin motivi bir çox hallarda idman komandaları məsələn Şotlandiya milli futbol komandası tərəfindən tez-tez istifadə edilir. | |
Şeytanqanqalı Şotlandiyanın gül rəmzidir. Rəmz Şotlandiya və Britaniya heraldikasında, logotiplərdə, həmçinin Britaniya pullarının üzərində geniş istifadə edilir. | |
Şotlandiya kral reqaliyaları Edinburq qalasında saxlanılır. Şotlandiya tacına uyğunlaşdırılmış tac Şotlandiyada poçt qutularının, polis və təcili yardım xidməti markalanması üçün istifadə olunur. |
Şotlandiyanın rəsmi himni yoxdur.[1] Qeyri-rəsmi himn adına bir neçə mahnı iddialıdır:
Burns Supper Şotlandiyanın xalq şairi Robert Bernsin (25 yanvar) doğum günü qeyd edilən bayram. | |
Şotlandiyanın azadlığı barədə Arbrot deklarisiyasının imzalandığı gün, hər il Tartan günü kimi qeyd edilir. | |
Skun daşı, qumdaşının blok forması olan bu daş uzamn zamanlar ərzində Şotland krallanının tac qoyma mərasimində istifadə edilmişdir. Müasir zamanda Şotlandiyanın müstəqilliyinin rəmzi kimi tanınır. | |
30 noyabra təsadüf edən Müqəddəs Andrey gecəsi rəsmi bank istirahət günü kimi qeyd edilir.[3] | |
Tartan kiltlərin hazırlandığı şotlandka parçası üçün əlvan bəzəmə kimi istifadə edilir. Tartan müəyyən bir Şotland klanını və Şotlandiya ərazisinin simvolu kimi qəbul edilir. | |
Tuluq zurnası (Volınka) — milli musiqi aləti, Şotlandiyanın qeyri-rəsmi rəmzidir. |
Təkbuynuz Şotlandiyanın heraldikasında istifadə edilir. Təkbuynuz Böyük Britaniyanın dövlət gerbində qalxanı saxlayır. Çox vaxt təkbuynuz Merkat - krossun yuxarı hissəsində qoyulur. | |
Şeytanqanqalı — milli gül rəmzidir. | |
Süpürgəotu xüsusi fəxri yerə malikdir. Əvvəllər onun yarpaqlarından şotlandka üçün sarı boyaq maddəsi alırdılar. O, həmçinin süpürgəotu Elinin istehsalında da istifadə edilirdi. | |
Şotland şamı milli ağaç hesab edilir. |
Balıq və çips Şotland (Britaniya) milli yeməklərindən biri hesab edilir. | |
Cız-bız — qoyun mədəsində qızardılan qoyun içalatı Şotland ənənəvi yeməyidir. | |
Irn-Bru — Şotlandiya qazlı içkisi. | |
Shortbread — şəkərli peçenye. | |
Şotland viskisi. |
Həvari Andrey Şotlandiyanın əsas hamisidir. | |
I Robert Şotlandiyanın milli qəhrəmanı və Şotlandiya müstəqilliy müharibəsindən sonra Şotland kralı olmuşdur. | |
Robert Berns Şotlandiyanın milli şairi kimi tanınır. | |
Vilyam Volos milli qəhrəmana çevrilmiş Şotlandiya müstəqilliy müharibəsinin lideri. |