Əbu Yusuf | |
---|---|
Əbu Yusuf Yaqub ibn İbrahim | |
Doğum tarixi | 731[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 sentyabr 798 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Əməvilər xilafəti Abbasilər xilafəti |
Fəaliyyəti | qazı, filosof |
Əbu Yusif Yaqub ibn İbrahim ibn Həbib ibn Sad əl-Kufi (ərəb. أبو يوسف, d.731 - ö.798) — Sünni fiqh məktəbinin yetirmələrindən və İslam dünyasının məşhur alimlərindəndir.
Yaqub ibn İbrahim əl-Kufi Hənəfi məzhəbinin imamı Əbu Hənifədən sonrakı böyük hənəfi fəqihidir. İraq bölgəsinin fəqihi qəbul edilən Yaqub 113/731-ci ildə Kufədə doğulmuşdur. Yusif adlı bir oğlu olduğu üçün Əbu Yusif (Yusifin atası) ləqəbi ilə tanınmışdır. Ailəsi yoxsul olmuş, Əbu Hənifənin köməkliyi ilə elm öyrənməyə başlamışdır.
Əta ibn əs-Saib, Məhəmməd ibn İshaq ibn Yəsar və Leys ibn Sad kimi böyük hədis alimlərindən hədis öyrənərək hədis hafizi olmuşdur. Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, Yahya ibn Səid əl-Əməş kimi fəqihlərdən dərs almışdır. İbn əbu Ləvlanın əhəmiyyətli fiqhi problemlərin həlli zamanı
Əbu Hənifənin dərslərində davamlı olaraq on altı il iştirak edən Əbu Yusif eyni zamanda Kufəyə gələn tarixçi Məhəmməd ibn İshaqdan İslam tarixini öyrənmişdir. Əbu Yusif Əbu Hənifənin vəfatından sonra Bağdada getmiş və xəlifə Mehdi tərəfindən qazı təyin edilmişdir. Hadi və Harun ər-Rəşidin xəlifəliyi illərində də qazılıq edən Əbu Yusif ilk dəfə olaraq "Qadi əl-Qudat" (Baş qazı) adını almışdır. Ömrünün sonuna qədər, on altı il qazılıq etmiş, 183/798-ci ildə vəfat etdikdən sonra oğlu Yusif yerinə qazı təyin edilmişdir[2] [3] [4].
Əbu Yusif qarşılaşdığı fiqhi problemləri dərin hüquq məntiqi və geniş zəkası ilə çox asanlıqla həll edirdi. Bir gün Harun ər-Rəşid "Bu gecə ölkəmdə yatsam səni üç talaq ilə boşayacam" deyərək xanımı Zübeydəni boşadı. Lakin sonra etdiyinə peşman olaraq alimlərdən bu haqda fətva istədi. Əbu Yusif Qurandakı bir ayəyə istinad edərək "Camilərdə yat, çünki camilər sənin deyil, Allahındır[5]" demişdir.
Təbəri Əbu Yusifin rəydən çox istifadə etməsi, Sultana yaxınlığı, qazılıq edərkən məmurları razı salmağa çalışdığına görə bəzi alimlərin ona qarşı hədis rəvayət etməkdən çəkindiyini söyləmişdir[6]. Əbu Yusif ikinci fəqihlər təbəqəsindən sayılmışdır. İmam adət-ənənə və sosial şərtlərin dəyəşilməsinə görə, nassların həyatdakı bütün incəlikləri əhatə etmədiyini, bir sözlə zaman və mühitin dəyişməsi ilə hökm və ictihadların da dəyişə biləcəyini söyləmişdir. Bu baxımdan nassların şəri hikmətini adət və sosial şərtlərin, sosial dəyişmənin yönünü yaxşı dəyərləndirərək yeni hadisələr qarşısında nassların ruhuna uyğun fətvalar vermişdir. Beləliklə, o, nassların hökmünü hadisələrə tətbiq etmiş və yeni hadisələr qarşısında şəriətdən ayrılmadan məsələləri həll etmişdir.
Bəzi fəqihlər Peyğəmbərin hədisini hərfi olaraq qəbul edib buğda, arpa, xurma və duzun bir-biri ilə hər zaman ölçülərək satılacağını, aralarındakı bərabərliyin çəki ilə deyil, ölçü ilə müəyyən edilməsi olduğunu irəli sürmüşdür[7]. Halbuki Əbu Yusif alış-verişdə artıq vərdiş halına gələn qızıllar arasındakı bərabərliyin ölçü ilə, taxıl məhsulları arasında da çəki ilə müəyyən olunacağı haqqında hökm vermişdir[8]. O, bu ictihadı ilə nassa müxalif olmamış, göstərilən edilən hədisin söyləndiyi vaxtda haqqında bəhs edilən ölçü və çəki məsələsinin o dövrün şərtlərinə görə olduğunu, buna uyğun olaraq da hökmün o şərtlərə görə qoyulduğunu söyləmişdir. Sonrakı illərdə çəki ilə satılan şeylər, əgər o dövrün ticari mühitində də aktual olsaydı, hökm də ona uyğun olardı. İbn Abidin (v. 1252/1836) qızıl və gümüş pulun on doqquzuncu əsrdə artıq çəki və ölçü ilə deyil, sayılaraq mübadilə edildiyini açıqlamış və Əbu Yusifin böyük bir faiz təhlükəsinin qarşısını aldığını demişdir[9].
Fiqhi hökmlərin çoxu nassların zahiri sübutlarından deyil, batini sübutlarından istinbat (sillogizm) və ya qiyas (anologiya) yolu ilə əldə edilmişdir. İmam Əbu Yusif ictihadlarında hədisə üstünlük verməklə yanaşı, daha çox rəyə bağlı idi. Haqqında nass olmayan məsələlərdə səhabənin, sonra isə Əbu Hənifənin ictihadlarına istinad edir, əgər bunlarda məsələnin həlli üçün bir şey tapmazdısa, öz rəyi və qiyası ilə hərəkət edərdi.
Hənəfi fiqhi Əbu Yusif sayəsində tanınıb yayılmışdır. Çünki o, qazılıq vəzifəsini qəbul etməklə Hənəfi məzhəbinin birbaşa tətbiq olunmasını həyata keçirmişdir. Qazılıq etdiyi vaxtlarda xalqın həll ediləsi problemlərilə qarşılaşmış və həlli yollarını araşdırmışdır. Buna görə də onun istihsanları məhz həyatın özündən alınmışdır. O, Əməş və İmam Malikdən hədis öyrənmiş, Yəhya ibn Main ondan hədis rəvayət etmişdir.
Hənəfi fiqh üsuluna aid ilk əsəri də elə o yazmışdır. Əbu Yusifin məlum olan əsərləri bunlardır:
Bunlardan başqa Əbu Yusifin yazdığı, İmam Məhəmmədin də tərtib etdiyi əl-Məbsut adlı kitab Hənəfi fiqhinin əsas mənbələrindəndir. Kitabın müxtəlif bölmələri ayrı-ayrı yazıldıqdan sonra bir yerə toplanmışdır. Əl-Cami əs-Sağir adlı əsər min beş yüzə yaxın fətvanı əhatə edir. Keçmişdə qazıların bu kitabı əzbər bilmədən təyin edilmədikləri söylənmişdir. Əl-Cüzcaninin yenidən tərtib etdiyi əl-Məbsut adlı əsər bu gün də çox istifadə olunan mənbə sayılır. İslami torpaq hüququnda Əbu Yusifin təsiri hiss olunur. Xəlifə Harun ər-Rəşidin istəyi ilə yazdığı bu kitabında Əbu Yusif dövlətin maliyyə və gəlir mənbələrini təfsilatı ilə açıqlamışdır. Fiqh bablarına uyğun olaraq tərtib etdiyi Kitab əl-Asari isə Əbu Hənifənin müsnədidir. Əbu Hənifənin rəvayət etdiyi hədislərlə hökm verərkən istinad etdiyi hədisləri, hədis şərtlərini, Tabiindən olan İraq və Kufə fəqihlərinin seçilmiş fətvalarını bu kitabda görmək mümkündür.
İxtilaf Əbu Hənifə və İbn Leyla adlı kitabında da bu iki imamın fikir müxtəlifliyi göstərdikləri məsələləri açıqlamağa çalışmışdır. Kitab o dövrdəki imamların ixtilafını nəql etməsi baxımından dəyərlidir. Hərbi hökmlər, aman vermə, qənimət hökmləri mövzularında Əbu Hənifəyə müxalif olan Əvzaiyə qarşı yazdığı Kitab ər-Rəd alə Siyəri Əvzai adlı kitabında Əvzainin görüşlərini rədd etmişdir. Kitabda eyni zamanda hədis əhli ilə rəy əhli arasındakı ixtilaflara da aydınlıq gətirilmişdir.
İmam Əbu Yusifin ən böyük müəllimi Əbu Hənifə olmaqla bərabər İbn Əbi Leyla, Əbu İshaq əş-Şeybani, Süleyman ət-Təmimi, əl-Əməş, Hişam ibn Urvə və İsmayıl ibn Ümeyyə kimi alimlərin də onun yetişməsində əhəmiyyətli payları vardır[11]. Hədis elmində ən böyük müəllimi isə Husayn ibn Əbdürrəhmandır[11].
Əbu Yusufun dərs halqasına və elm məclislərinə bir çox tələbə qatılmışdır. Fiqh öyrənmək və ya hədis rəvayət etmək surətiylə təhsil alan tələbələrin ən tanınmışları Əhməd ibn Hənbəl, İmam Məhəmməd, Bişr ibn Vəlid əl-Kindi, Bişr ibn Qiyas, Yəhya ibn Main, Hilal ibn Yəhya ər-Rəy, Cəfər ibn Yəhya əl-Bərməki, Həsən ibn Ziyad əl-Lulu, Əsəd ibn Furat və Yəhya ibn Adəmdir[12].
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |