Ədli Mənsur

Ədli Mənsur
عدلي منصور
bayraq
Misir Ərəb Respublikasının 6-cı Prezidenti
bayraq2
4 iyul 2013 – 8 iyun 2014
ƏvvəlkiMəhəmməd Morsi
SonrakıƏbdül Fəttah əs-Sisi
Şəxsi məlumatlar
Doğum tarixi (78 yaş)
Doğum yeri Qahirə, Misir
Təhsili
  • Qahirə Universiteti[d] (–1970)
Fəaliyyəti hakim, siyasətçi, vəkil
Uşağı 3
Dini sünni islam[1]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ədli Mahmud Mənsur (ərəb. عدلي محمود منصور‎; 23 dekabr 1945, Qahirə) — Misirin müvəqqəti prezidenti.[2][3]

Ədli Mənsur 1945-ci ildə anadan olub. Qahirə Universitetinin hüquq fakültəsini və Fransa Milli Administrasiya Məktəbini bitirib.

Uzun illər müxtəlif məhkəmələrin hakimi olan Ədli Mənsur 1992-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. 2013-cü ilin mayından Konstitusiya Məhkəməsinin sədridir.

Ədli Mənsur evlidir, bir oğlu, iki qızı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Misir ordusu iyulun 3-də prezident Məhəmməd Mursini devirərək hakimiyyəti ələ alıb. Televiziya ilə xalqa müraciət edən müdafiə naziri Əbdülfəttah əl-Sisi deyib ki, ordu dini və ictimai dairələrlə məsləhətləşmələrdən sonra prezident Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına, konstitusiyanın qüvvədən düşməsinə qərar verib.

Ordunun hazırladığı plana görə, Konstitusiya Məhkəməsinin sədri dövlət başçısı səlahiyyətləri əldə edəcək, müvəqqəti hökumət qurulacaq və yeni parlament, prezident seçkiləri təyin olunacaq.

Ədli Mənsur 2013-cü il iyulun 3-də Misirdə dövlət başçısı (müvəqqəti prezident) postuna gətirilib[4].

  1. https://web.archive.org/web/20130706062315/http://al-mashhad.com/News/%D8%A7%D9%84%D9%85%D8%B3%D8%AA%D8%B4%D8%A7%D8%B1-%D8%B9%D8%AF%D9%84%D9%8A-%D9%85%D9%86%D8%B5%D9%88%D8%B1-%D9%85%D8%B3%D9%84%D9%85/294299.aspx (ərəb.).
  2. "بالتفاصيل.. هذا هو رئيس مصر المحتمل – بوابة الشباب". Ahram. 6 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 July 2013.
  3. "Profile: Interim Egyptian Presidential nominee Adly Mahmud Mansour". BBC News. 4 July 2013. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2013.
  4. "Misirin müvəqqəti prezidenti – Ədli Mənsur". 2013-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.