Ənvər İbrahim | |
---|---|
malay Dato’ Seri Anwar bin Ibrahim | |
Malayziyanın baş naziri | |
1993 – 1998 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 avqust 1947[1][2][…] (77 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Uşağı | 6[5][6] |
Dini | sünni islam[1] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
anwaribrahimblog.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ənvər İbrahim (10 avqust 1947[1][2][…], Çerok Tok Kun[d], Pinanq[8][4]) — Malayziyanın keçmiş baş naziri və müxalifətinin lideri
1993-cü ildən 1998-ci ilə qədər baş nazir olub. Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunur[9].
Ənvər İbrahim seks qalmaqallarında adı çəkilən siyasətçilərdəndir. 1998-ci ildə korrupsiya və homoseksual əlaqələr ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar[9].
2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi. 2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir[9].