Ərzurum döyüşü (1821)

Ərzurum döyüşü
Osmanlı-İran müharibəsi (1821-1823)
Qacar süvarisi
Qacar süvarisi
Tarix 1821
Yeri Ərzurum
Səbəbi Sərhəd münaqişələri
Nəticəsi Qacarlar qələbə qazanır
Münaqişə tərəfləri

Qacarlar dövləti

Osmanlı dövləti

Komandan(lar)

Abbas Mirzə

II Mahmud

Tərəflərin qüvvəsi

50 000

10 000

Ərzurum döyüşü - 1821-1823-cü illəri əhatə edən Osmanlı-İran müharibəsi zamanı baş vermiş döyüş nəzərdə tutulur.[1]

Döyüşdən əvvəl

[redaktə | mənbəni redaktə et]

Birinci Rusiya-İran müharibəsində Qacarların xeyli torpaq itirməsi, onları bu itirilən torpaqların yerini doldurmaq üçün yeni müharibəyə başlamağa sövq edirdi. Həmçinin də avropalılardan dəstək alaraq qurulan yeni ordunun sınaqdan keçirilməsinə ehtiyac var idi. Nəticədə 1821-ci ildə müharibə başladı.[2]

Müharibənin əsas mübarizə meydanı İraqŞərqi Anadolu olmuşdur.

Ərzurum döyüşü 1821-ci ildə, Van gölü hövzəsində baş vermişdir. Qacar qoşununa rəhbərlik edən vəliəhd-şahzadə Abbas Mirzə DiyarbəkirƏrzurum istiqamətində hücuma başlamış və bu hücum əsnasında Ərzurum yaxınlığında Osmanlı qoşunlarını darmadağın etmişdir.[3]

Döyüş zamanı Qacar qoşununun sayə 30 min, Osmanlı qoşununun sayı isə 50 min nəfər olmuşdur. Lakin son dövrlərdə Abbas Mirzə və qardaşı Məhəmmədəli mirzə Qovanlı-Qacarın rəhbərliyi ilə aparılan yenidərqurma işləri hesabına modernləşdirilən və Avropa nümunəsində təşkil edilən Qacar ordusu sayıca çox olan Osmanlı ordusunu məğlub edə bilmişdi.

Hərbi əməliyyatların nəticəsi Qacar ordusunun xeyrinə olsa da, orduda gözlənilmədən vəba xəstəliyinin yayılması Qacarları sülh bağlamağa məcbur etdi. İmzalanan sülh müqaviləsinə görə köhnə sərhədlər yenidən bərpa edildi.[2]

  1. "Ərzurum antlaşması". 2012-03-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-23.
  2. 1 2 Tucker, 2010. səh. 1140
  3. R. Ernest Dupuy and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, 4th edition, (HarperCollins Publishers, 1993), 853.