Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əzvayyarpaq yukka | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Əzvayyarpaq yukka |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Əzvayyarpaq yukka (lat. Yucca aloifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.
Şimali Amerika, Bermud adaları və Yamaykaya qədər təbii halda yayılmışdır.
Yavaş böyüyür və tədricən hündürlüyü 8 sm olan şarşəkilli kol və ya kiçik ağac formasını alır. Gövdələrinin aşağı hissəsi çılpaqdır. İri bitkilərin oduncaqlı gövdəsi çox şaxələnmiş olur. Budaqların uclarında cod lifli yarpaqların möhkəm rozetləri vardır. Yuxarı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür; təpəsində tünd-yaşıl rəngli, sərt, lətli yarpaq topası yerləşir. Yarpaq ayası uzunsov lansetvari, tünd-yaşıl dərili, uzunluğu 40–75 sm, eni 30–40 mm-dir. Yanları xırda dişli, təpəsində uzunluğu 50 mm olan iti tikanları var, kənarları dişli olub, bir iynə ilə qurtarır. Yayda iri bitkilərin rozetindən hündürlüyü 45 sm-ə çatan, qırmızı çalarlı süpürgəvarı çiçək qrupu çıxır ki, onların üzərində 3 sm uzunluğunda çoxsaylı zəngşəkilli çiçəklər əmələ gəlir. Çiçəkyanlığının xarıcı tərəfində yerləşən ağ ləçəklərin üzərində qırmızı-qonur rəngli zolaqlı ləkələr vardır. Yazda və ya yayda zoğlarla, qələmlərlə çoxaldılır.
Quraqlığa, şaxtaya davamlı bitkidir, yarımkölgəyə dözür. 13 °C temperaturda yerüstü hissəsi məhv olur.
Abşeronda, Qəbələdə, Şamaxıda, Gəncədə və s.rayon və şəhərlərdə yaşəllaşdırmada istifadə edilir.
Yarpaqlarının üzərində sarı zolaqları olan dekorativ forması vaardır. Bağlarda və parklarda qrup ilə və ya tək əkinlərdə daha geniş miqyasda əkilə bilər.