1941-ci ilin baharı

1941-ci ilin baharı
ing. Spring 1941
Janr dram filmi
Rejissor Uri Barbaş
Ssenari müəllifi Motti Lerner
Əsaslanır İda Finkin "Bir söhbət" və "Bir bahar səhəri" hekayələri əsərləri
Baş rolda
  • Cozef Finnes
  • Nev Makintoş
  • Kelli Harrison
İlk baxış tarixi 1 dekabr 2008[2]
Müddət 122 dəqiqə[1]
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
IMDb ID1252616

1941-ci ilin baharı və ya Aviv 41[3] — Uri Barbaşın rejissorluğu ilə 2008-ci ildə çəkilmiş müharibə-dram filmidir. Filmdə baş rolları Cozef Finnes, Nev Makintoş və Kelli Harrison ifa etmişdirlər. Film Polşaİsrail tərəfindən müştərək olaraq istehsal edilmişdir.[4] Film İda Finkin "Bir söhbət" və "Bir bahar səhəri" hekayələri əsasında çəkilmişdir.[5]

1971-ci il. Məşhur violonçel ifaçısı olan Klara Plank 30 ildən sonra ilk dəfə olaraq doğma vətəni Polşaya gəlmişdir. Tanış yerlər və violonçel səsləri ona onun üçün əziz olan hər şeyini itirdiyi otuz il əvvəlki hadisələri xatırladır. 1939-cu ildən Almaniya tərəfindən işğal edilmiş Polşada Doktor Artur Plank, həyat yoldaşı Klara Plank və cütlüyün iki qızı nasistlərdən gizlənməyə çalışırlar.

  1. Brown, Hannah. "Holocaust movies that offer nothing new". The Jerusalem Post. 6 November 2008. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
  2. Freebase Data Dumps. Google.
  3. Anderman, Nirit. "New Uri Barbash Film Sets a Love Triangle in Holocaust-era Poland". Haaretz. 23 October 2008. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
  4. Burstein, Nathan. "Israeli Film Festivals' Eclectic Crowd". The Forward. 23 October 2008. 11 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 March 2021.
  5. Yudilovitch, Merav. "Joseph Fiennes takes on a Jewish identity". Ynet. 17 July 2007. İstifadə tarixi: 11 March 2021.