1956 UEFA Çempionlar Kuboku finalı

1956 UEFA Çempionlar Kuboku finalı
Turnir UEFA Çempionlar Kuboku 1955/1956
Tarix 13 iyun 1956
Yer Park de Prens, Paris
Hakim Artur Edvard Ellis (İngiltərə)
Tamaşaçı 38,239
1957

1956 UEFA Çempionlar Kuboku finalı pan-Avropa futbol turniri Çempionlar Kubokunun ilk finalı olmuşdur. 13 iyun 1956-cı ildə Parisdəki Park de Prens stadionunda baş tutan oyunda İspaniyanın Real Madrid və Fransanın Reyms klubları qarşılamışdılar. Oyunu 38.000 nəfər izləmişdir. Real Madrid yarımfinalda İtaliya klubu Milanı ümümlikdə 5–4 hesabı ilə üstələyərək finala yüksəlmişdir, Reyms isə ümümlikdə 3–0 hesabı ilə Şotlandiyanın Hibernian klubunu məğlub etmişdir. Qarşılaşma 4–3 hesabı ilə Real Madridin xeyrinə bitmişdir. Sonradan Real Madrid rekord edərək, ard-arda Çempionlar Kubokunun növbəti beş mövsümünü də qazana bilmişdir. Oyun, 10 dəqiqə ərzində Mişel LeblonJan Templin tərəfindən vurulan 2 qol sayəsində Reyms üçün uğurlu başlasa da, birinci hissə bitməmiş Alfredo Di StefanoEktor Rialın səyləri ilə Real Madrid hesabı bərabərləşdirdi. Reyms Mişel İdalqonun qolu ilə 62-ci dəqiqədə önə keçsə də, Markitos və Rial müvafiq olaraq 67-ci və 79-cu dəqiqələrdə qol vuraraq Reala qələbə gətizdirdilər.

Finala gedən yol

[redaktə | mənbəni redaktə et]
Real Madrid Raund Reyms
Rəqib Ümumi İlk oyun 2-ci oyun Rəqib Ümumi İlk oyun 2-ci oyun
İsveçrə Servett 7–0 2–0 (Q) 5–0 (Ev) Birinci raund Danimarka Orxus 4–2 2–0 (Q) 2–2 (Ev)
Yuqoslaviya Partizan 4–3 4–0 (Ev) 0–3 (Q) 1/4 final Macarıstan Vörös Lobogó 8–6 4–2 (Ev) 4–4 (Q)
İtaliya Milan 5–4 4–2 (Ev) 1–2 (Q) Yarımfinal Şotlandiya Hibernian 3–0 2–0 (Ev) 1–0 (Q)

Real Madrid turnirə La Liqanın 1954–55 mövsümünün qalibi kimi qatılmışdır. O, ilk oyunu İsveçrə çempionu Servett ilə keçirdi. 2-0 hesabı ilə bitən səfər oyununun ardından ev stadionu Santyaqo Bernabeuda Alfredo Di Stefanonun dublü ilə 5-0-lıq qalibiyyət gəldi.[1] 1/4 finalda onların rəqibi son Yuqoslaviya çempionatında beşinci yeri tutan Partizan klubu oldu. Evdə keçirilən ilk oyunun taleyini Eliodoro Kastanyo Pedrosanın dublü və Fransisko Xento və Alfredo Di Stefanonun qolları təyin etdilər.[2]

Real Madrid İspaniya4–3Fransa Reyms
Di Stefano Qol 14'
Rial Qol 30'79'
Markitos Qol 67'
Hesabat Leblon Qol 6'
Templin Qol 10'
İdalqo Qol 62'
Real Madrid
Reyms
GK 1 İspaniya Xuan Alonso
DF 2 İspaniya Anxel Atyenza
DF 3 İspaniya Rafael Lesmes
MF 4 İspaniya Miqel Munyos (k)
DF 5 İspaniya Markitos
MF 6 İspaniya Xose Mariya Sarraqa
FW 7 İspaniya Xoseito
FW 8 İspaniya Ramon Marsal
FW 9 Argentina[Q 1] Alfredo Di Stefano
FW 10 İspaniya Ektor Rial
FW 11 İspaniya Fransisko Gento
Baş məşqçi:
İspaniya Xose Vilyalonqa
GK 1 Fransa Rene-Jan Jake
DF 2 Fransa Simon Zimni
DF 3 Fransa Raul Jiroudo
MF 4 Fransa Mişel Leblon
DF 5 Fransa Rober Jonke (k)
MF 6 Fransa Rober Syatka
FW 7 Fransa Mişel Hidalqo
FW 8 Fransa Leon Qlowatski
FW 9 Fransa Raymon Kopa
FW 10 Fransa Rene Bliar
FW 11 Fransa Jan Templin
Baş məşqçi:
Fransa Alber Battö

Köməkçi hakimlər:
C. Parkinson (İngiltərə)
Tommi Kuper (İngiltərə)

  1. Alfredo Di Stefano Argentina mənşəli oyunçu idi. 1956-cı ilin oktyabr ayında (bu matçdan dörd ay sonra) İspaniya vətəndaşlığını qəbul elədi. 1957-ci ildə o, İspaniya milli futbol komandasının heyətində çıxış etməyə başladı.[3][4]
  1. "Real Madrid-Servette 1955/56". UEFA. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  2. "Real Madird-Partizan 1955/56". UEFA. 21 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2019.
  3. "Arxivlənmiş surət". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.
  4. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]