2007 Avroviziya Mahnı Müsabiqəsi "True Fantasy" "Əsl Xəyal" | |
---|---|
I yarımfinal | 10 may 2007 |
Final | 12 may 2007 |
Aparıcı(lar) | Yaana Pelkonen Mikko Leppilampi |
Direktor | Svante Stokselius |
Kanal | YLE |
Keçirilən yer | Hartwall Arena Helsinki, Finlandiya |
Qalib mahnı | Serbiya "Molitva" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 42 |
İlk dəfə iştirak edən ölkələr | Çexiya Gürcüstan Monteneqro Serbiya |
Yenidən iştirak edən ölkələr | Avstriya Macarıstan |
İştirakdan imtina edən ölkələr | Monako |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2006 2008 ► |
2007 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2007; fr. Concours Eurovision de la chanson 2007) — sayca 52-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Lordi" rok qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" adlı mahnı ilə 2006 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2007-ci ildə Finlandiya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Finlandiyanın paytaxtı Helsinki şəhərində Hartwall Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalı 2007-ci ilin 10 may, final isə 12 may tarixində baş tutmuşdur.
2006-cı ildə Serbiya və Monteneqro dövlətinin iki müstəqil ölkələrə parçalanmasından sonra Monteneqro və Serbiya müstəqil olaraq ilk dəfə Avroviziyaya 2007-ci ildə qoşulmuşdurlar. 2007-ci ildə eyni zamanda Çexiya və Gürcüstan da ilk dəfə müsabiqəyə qoşulmuşdur. Avstriya və Macarıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Monako maliyyə problemlərini və müsabiqədəki uğursuz nəticələrini səbəb kimi göstərərək Avroviziya 2007-də iştirakdan imtina etmişdir. Müsabiqədə ümumilikdə 42 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2007-in qalibi "Molitva" mahnısı ilə Avroviziyaya müstəqil ölkə kimi ilk dəfə qatılan Serbiya təmsilçisi Mariya Şerifoviç seçilmişdir.
42 ölkənin iştirak etdiyi Avroviziya 2007 iyirmi səkkiz ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. 2006-cı ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Finlandiya, Rusiya, Bosniya və Herseqovina, Rumıniya, İsveç, Litva, Ukrayna, Ermənistan, Yunanıstan, İrlandiya, Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.
10 may tarixində baş tutan yarımfinal mərhələsində 28 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir.
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Bolqarıstan | Bolqarca | Elitsa Todorova və Stoyan Yankulov | "Water" | Su | 6 | 146 |
02 | İsrail | İngiliscə, Fransızca, İvritcə | Teapacks | "Push the Button" | Düyməni tuşla | 24 | 17 |
03 | Kipr | Fransızca | Evridiki | "Comme ci, comme ça" | Elə belə | 15 | 65 |
04 | Belarus | İngiliscə | Dmitriy Koldun | "Work Your Magic" | Sehrini işlət | 4 | 176 |
05 | İslandiya | İngiliscə | Eyrikur Höksson | "Valentine Lost" | İtkin sevgilim | 13 | 77 |
06 | Gürcüstan | İngiliscə | Sopo Xalvaşi | "Visionary Dream" | Qurulmuş xəyal | 8 | 123 |
07 | Monteneqro | Monteneqrcə | Stevan Faddi | "'Ajde, kroči" ('Ајде, крочи) | Hə, yaxın gəl | 22 | 33 |
08 | İsveçrə | İngiliscə | DJ BoBo | "Vampires Are Alive" | Vampirlər yaşayır | 20 | 40 |
09 | Moldova | İngiliscə | Nataliya Barbu | "Fight" | Döyüş | 10 | 91 |
10 | Niderland | İngiliscə | Edsiliya Rombli | "On Top of the World" | Dünyanın zirvəsində | 21 | 38 |
11 | Albaniya | İngiliscə, Albanca | Frederik Ndoçi | "Hear My Plea" | Hayqırışlarımı eşit | 17 | 49 |
12 | Danimarka | İngiliscə | DQ | "Drama Queen" | Dram kraliçası | 19 | 45 |
13 | Xorvatiya | Xorvatca, İngiliscə | Dragonfly və Dado Topiç | "Vjerujem u ljubav" | Sevgiyə inanıram | 16 | 54 |
14 | Polşa | İngiliscə | The Jet Set | "Time to Party" | Şənlik zamanıdır | 14 | 75 |
15 | Serbiya | Serbcə | Mariya Şerifoviç | "Molitva" (Молитва) | Dua | 1 | 298 |
16 | Çexiya | Çexcə | Kabát | "Malá dáma" | Kiçik xanım | 28 | 1 |
17 | Portuqaliya | Portuqalca, İngiliscə | Sabrina | "Dança comigo" | Mənimlə rəqs et | 11 | 88 |
18 | Makedoniya | Makedonca, İngiliscə | Karolina Qoçeva | "Mojot svet" (Мојот свет) | Mənim dünyam | 9 | 97 |
19 | Norveç | İngiliscə, İspanca | Quri Şanke | "Ven a bailar conmigo" | Gəl və mənimlə rəqs et | 18 | 48 |
20 | Malta | İngiliscə | Oliviya Luis | "Vertigo" | Baş dönməsi | 25 | 15 |
21 | Andorra | Katalanca, İngiliscə | Anonymous | "Salvem el món" | Dünyanı xilas edək | 12 | 80 |
22 | Macarıstan | İngiliscə | Moqdi Ruja | "Unsubstantial Blues" | Önəmsiz sıxıntılar | 2 | 224 |
23 | Estoniya | İngiliscə | Qerli Padar | "Partners in Crime" | Cinayət yoldaşları | 22 | 33 |
24 | Belçika | İngiliscə | The KMG's | "Love Power" | Sevginin gücü | 26 | 14 |
25 | Sloveniya | Slovencə | Alenka Qotar | "Cvet z juga" | Cənubdan çiçək | 7 | 140 |
26 | Türkiyə | İngiliscə, Türkcə | Kənan Doğulu | "Shake It Up Şekerim" | Salla, şəkərim | 3 | 197 |
27 | Avstriya | İngiliscə | Erik Papilaya | "Get a Life – Get Alive" | Yaşa və sağ qal | 27 | 4 |
28 | Latviya | İtalyanca | Bonaparti.lv | "Questa notte" | Bu axşam | 5 | 168 |
Finalçılar:
12 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Serbiya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Bosniya və Herseqovina | Serbcə | Mariya Şestiç | "Rijeka bez imena" (Ријека без имена) | Adsız çay | 11 | 106 |
02 | İspaniya | İspanca, İngiliscə | D'NASH | "I Love You Mi Vida" | Mən səni sevirəm, həyatım | 20 | 43 |
03 | Belarus | İngiliscə | Dmitriy Koldun | "Work Your Magic" | Sehirini işlət | 6 | 145 |
04 | İrlandiya | İngiliscə | Dervish | "They Can't Stop the Spring" | Onlar yazı dayandıra bilməzlər | 24 | 5 |
05 | Finlandiya | İngiliscə | Hanna Pakarinen | "Leave Me Alone" | Məni tək burax | 17 | 53 |
06 | Makedoniya | Makedonca, İngiliscə | Karolina Qoçeva | "Mojot svet" (Мојот свет) | Mənim dünyam | 14 | 73 |
07 | Sloveniya | Slovencə | Alenka Qotar | "Cvet z juga" | Cənubdan çiçək | 15 | 66 |
08 | Macarıstan | İngiliscə | Maqdi Ruja | "Unsubstantial Blues" | Önəmsiz sıxıntılar | 9 | 128 |
09 | Litva | İngiliscə | 4Fun | "Love or Leave" | Sev ya da tərk et | 21 | 28 |
10 | Yunanıstan | İngiliscə, Yunanca | Sarbel | "Yassou Maria" (Γεια σου Μαρία) | Salam, Mariya | 7 | 139 |
11 | Gürcüstan | İngiliscə | Sofo Xalvaşi | "Visionary Dream" | Qurulmuş xəyal | 12 | 97 |
12 | İsveç | İngiliscə | The Ark | "The Worrying Kind" | Narahat xarakter | 18 | 51 |
13 | Fransa | Fransızca, İngiliscə | Les Fatals Picards | "L'amour à la française" | Fransızsayağı sevgi | 22 | 19 |
14 | Latviya | İtalyanca | Bonaparti.lv | "Questa notte" | Bu axşam | 16 | 54 |
15 | Rusiya | İngiliscə | Serebro | "Song #1" | Bir nömrəli mahnı | 3 | 207 |
16 | Almaniya | Almanca, İngiliscə | Roje Çiçero | "Frauen regier'n die Welt" | Qadınlar dünyanı idarə edir | 19 | 49 |
17 | Serbiya | Serbcə | Mariya Şerifoviç | "Molitva" (Молитва) | Dua | 1 | 268 |
18 | Ukrayna | Almanca, İngiliscə, Ukraynca | Verka Serdyuçka | "Dancing Lasha Tumbai" (Dancing Лаша Тумбай) | Lasha Tumbai rəqsi | 2 | 235 |
19 | Böyük Britaniya | İngiliscə | Scooch | "Flying the Flag (For You)" | Bayraq dalğalandırıram (Sənin üçün) | 22 | 19 |
20 | Rumıniya | İngiliscə, İtalyanca, İspanca, Rusca, Fransızca, Rumınca |
Todomondo | "Liubi, Liubi, I Love You" (Люби, Люби, I Love You) | Sevgi, sevgi, mən səni sevirəm | 13 | 84 |
21 | Bolqarıstan | Bolqarca | Elitsa Todorova və Stoyan Yankulov | "Water" | Su | 5 | 157 |
22 | Türkiyə | İngiliscə, Türkcə | Kənan Doğulu | "Shake It Up Şekerim" | Salla şəkərim | 4 | 163 |
23 | Ermənistan | İngiliscə, Ermənicə | Hayko | "Anytime You Need" | Ehtiyacın olduğu zaman | 8 | 138 |
24 | Moldova | İngiliscə | Nataliya Barbu | "Fight" | Döyüş | 10 | 109 |
Bütün ölkələr xalları ölkələrdə keçirilən SMS səsverməsinə görə təqdim etsə də, Albaniya və Andorra səslərin azlığı səbəbindən münsif səsverməsindən istifadə etmişdir.