2016 Avroviziya Mahnı Müsabiqəsi

2016 Avroviziya Mahnı Müsabiqəsi
"Come Together"
"Bir Araya Gələk"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 10 may 2016
II yarımfinal 12 may 2016
Final 14 may 2016
Aparıcı(lar) Petra Mede
Mons Selmerlöv
Direktor Yon Ola Sand
Kanal İsveç SVT
Keçirilən yer Ericsson Globe, Stokholm
Qalib mahnı Ukrayna Ukrayna
"1944"
Seçki sistemi 50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı 42
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Bosniya və Herseqovina Bosniya və Herseqovina
Bolqarıstan Bolqarıstan
Ukrayna Ukrayna
Xorvatiya Xorvatiya
İştirakdan imtina edən ölkələr Portuqaliya Portuqaliya
Rumıniya Rumıniya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2015        2017 ►

2016 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2016; fr. Concours Eurovision de la chanson 2016) — sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsidir. Mons Selmerlövün ifa etdiyi "Heroes" mahnısı ilə 2015 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2016-cı ildə İsveç altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində, Ericsson Globe arenasında, "Bir araya gələk" (ing. "Come Together") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2016-cı ilin 10 və 12 may, final isə 14 may tarixində baş tutmuşdur. Müsabiqənin aparıcıları 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Mons SelmerlövMalmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı Petra Mede olmuşdur.

2016-cı ildə üç illik fasilədən sonra Bosniya və Herseqovina, iki illik fasilədən sonra BolqarıstanXorvatiya və bir illik fasilədən sonra Ukrayna müsabiqəyə geri dönmüşdür. Eyni zamanda 2015-ci ildə ilk dəfə Avroviziyada debut edən Avstraliya da ikinci dəfə müsabiqədə iştirak etmiş, lakin bu dəfə Avstraliya avtomatik finalçı kimi deyil, digər ölkələr kimi yarımfinalda iştirak edərək final uğrunda mübarizə aparmışdır. Portuqaliya isə son illərdə ölkənin müsabiqədə qazandığı uğursuz nəticələr səbəbi ilə Stokholmda keçirilən Avroviziyada iştirakdan imtina etmişdir. Rumıniya müsabiqədə iştirak etməyi planlaşdırsa da, Avropa Yayım İttifaqı üst-üstə yığılan borclar səbəbi ilə ölkəni müsabiqənin keçirilməsinə 20 gün qalmış iştirakdan azad etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2016-da Ukrayna təmsilçisi Camala ifa etdiyi "1944" mahnısı ilə 534 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 2004-cü ildə Ruslananın təmsilində qalibiyyət əldə etmiş Ukraynanın müsabiqədə ikinci qələbəsi idi. Müsabiqənin finalında tamaşaçıların səsverməsində Rusiya birinci, Ukrayna ikinci, Polşa isə üçüncü yerə layiq görülmüşdür. Münsiflər heyətinin səsverməsində isə Avstraliya birincilik qazanmış, Ukrayna ikinci, Fransa üçüncü olmuşdur. Müsabiqəni televiziya vasitəsi ilə 204 milyon tamaşaçı izləmişdir.

Keçirildiyi yer

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Mons Selmerlövün "Heroes" mahnısı ilə İsveçə qələbə qazandırmasının ardınca müsabiqə İsveçin paytaxtı Stokholmda, Ericsson Globe arenasında keçirilmişdir. Ericsson Globe eyni anda 16,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi

[redaktə | mənbəni redaktə et]

Ev sahibi televiziya Sveriges Television (SVT) 2015-ci ildə qələbə qazanmaqlarının ardınca 24 may tarixində arena üçün onların ilk seçimi Stokholmda yerləşən Tele2 Arena olduğunu elan etmişdir. Lakin eyni zamanda İsveçin digər şəhərləridə müsabiqəni keçirmək üçün 3 həftə ərzində namizədliklərini irəli sürmüşdülər.

1 iyun 2015 tarixində SVT ev sahibi olacaq arenanın və şəhərin malik olması lazım olan özəllikləri elan etmişdir.

  • Səhnəni lazımi qaydada quraşdırmaq, arenanı işıqlandırma və texnoloji qurğularla təmin etmək üçün SVT-nin müsabiqədən əvvəl 4-6 həftə ərzində arenaya girişə icazəsi olmalıdır.
  • Arenada uyğun böyüklüyə sahib mətbuat mərkəzi istifadəyə verilməlidir.
  • Arenanın yaxınlığında uyğun sayda və böyüklüyə malik otellər olmalıdır.
  • Ev sahibi şəhər ölkənin əsas aeroportuna yaxın olmalıdır.
Şəhər Arena Tutum Qeyd
Göteborq Scandinavium 14,000 1985 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena.
Ullevi 75,000 Stadionun üstü bağlanmalı idi. Lakin xərclər nəzərə alınaraq arenanın müsabiqəyə ev sahibliyi etməsi fikri rədd edildi.
Linçöpinq Saab Arena 11,500
Malmö Malmö Arena 15,500 2013 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena. 11 iyun tarixində namizədliyini geri çəkdi, buna səbəb müsabiqənin keçirələcəyi vaxt ərzində Malmö Arenanın ağır proqramı olması idi.
Örnşöldsvik Fjällräven Center 9,800
Sandviken və Yevle Göransson Arena 10,000
Stokholm Annexet 4,000
Ericsson Globe 16,000 2000 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena.
Friends Arena 65,000 Friends Arena İsveçin və bütün Şimali Avropanın ən böyük futbol stadionudur.
Hovet 9,000
Tele2 Arena 45,000 SVT 24 may 2015 tarixində Tele2 Arenanın müsabiqə üçün ilk seçimləri olduqlarını elan etdi. Lakin SVT-nin müsabiqədən əvvəlki 4-6 həftə ərzində inşaat işlərinə başlayacağı vaxt ilə Tele2 Arenada keçirilməsi planlaşdırılan futbol oyunun üst-üstə düşməsi qeyd olunan arenanın müsabiqəyə ev sahibliyi etməsi baş tutmadı.

Müsabiqənin keçirilmə tarixləri Vyanada 16 mart 2015 tarixində edilən konfransı nəticəsində təyin olunmuşdur. Yarımfinallar 10 və 12, final isə 14 may 2016 tarixində keçirilmişdir.

SVT müsabiqə üçün maksimum büdcənin 125 milyon İsveç kronu (Sentyabr 2015 tarixi etibarilə € 13.3) olduğunu açıqlamışdır.

Səsvermə metodu

[redaktə | mənbəni redaktə et]

Avropa Yayım İttifaqı (AYİ), 18 fevral 2016 tarixində, 1975-ci ildən bu yana istifadə edilən səsvermə sistemini dəyişdirdiyini açıqlamışdır. Yeni səsvermə sistemi İsveçin Avroviziya Mahnı Müsabiqəsi üçün milli seçim turu olaraq keçirdiyi ənənəvi Melodifestivalendən ilham alınaraq yaradılmış olub, iki mərhələdən ibarətdir: İlk olaraq hər ölkənin münsiflər heyəti səsləriylə 1-8, 10 və 12 ballar və hər ölkədən toplanmış olan SMS səsləri müsabiqənin birincisini müəyyən etmişdir. Serverlər tək-tək ölkələrə bağlanaraq peşəkar münsiflərin verdiyi səsləri 1-8, 10 və 12 bal şəklində qəbul etmiş və hər ölkədən gələn SMS səsləri kombinə edilərək toplu bir şəkildə açıqlanmışdır.

Bu yeni səsvermə sistemi ilə birlikdə xalq səsləri və münsif səsləri bərabərlənmiş olub daha ədalətli bir sistem yaradılmağa cəhd edilmişdir. Eyni şəkildə bir ölkənin tele səsverməsi etibarsız sayılsa belə istinad üzvləri tərəfindən verilən xallar ilə bu problem aradan qalxacaqdır. Lakin San Marino dövlət kanalı Radiotelevisione della Repubblica di San Marino (SMRTV) müdiri Karlo Romeo, 23 fevral tarixində bu tətbiqin San Marino kimi kiçik ölkələrə qarşı bir ayrı-seçkilik olduğunu bildirmişdir. Belə ki, San Marino müsabiqədə iştirak etdiyi illər ərzində yalnız münsif səsverməsindən istifadə etmişdir, buna səbəb isə San Marinoda yaşayan əhalinin İtalyan nömrələrindən istifadə etmələridir. Göndərilən səslər yalnız İtaliyada keçərli sayılır. Yeni qayda ilə San Marino telesəsverməsi qanuni sayılmadığından ölkənin səslərini istinad üzvlərinin verdiyi xallar təyin edəcək.

Açılış and interval aktlar

[redaktə | mənbəni redaktə et]
Castin Timberleyk finalda "Can't Stop the Feeling" mahnısını ifa etmişdir.

1 May 2016-cı il tarixində 1-ci yarımfinalda 2015 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Mons Selmerlöv "Heroes" mahnısı ilə açılış edəcəyi elan edildi, 2-ci yarımfinalda isə açılış aktı olaraq şounun aparıcıları Petra Mede və Mons Selmerlöv "The story of Eurovision" adlı səhnəcikdə ifa etmişdirlər. 9 may tarixində isə Avropa Yayım İttifaqı (AYİ) final şousunun əsas interval aktının dünyanın tanınmış ulduzu olan Castin Timberleykin ifa edəcəyi "Can't Stop the Feeling" mahnısının olacağını açıqlamışdır.[1]

Erməni təxribatı

[redaktə | mənbəni redaktə et]

29 aprel 2016-cı il tarixində Avropa Yayım İttifaqı bəzi tanınmayan qurumların bayraqlarının müsabiqə arenasına gətirilməsinə icazə verilməyəcəyini bəyan etmişdir. Bu siyahıya Fələstin, İŞİD və s. bayraqlar ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarında Ermənistanın yaratdığı qondarma Dağlıq Qarabağ Respublikasının da bayrağı düşmüşdür[2]. Buna baxmayaraq, birinci yarımfinal zamanı nəticələri gözləyərkən Ermənistanı müsabiqədə təmsil edən İveta Mukuçyan separatçı rejimin bayrağını canlı yayımda dalğalandıraraq müsabiqənin qaydalarını pozmuşdur. Hadisə Azərbaycan mediyasında böyük etiraza səbəb olmuş və finala vəsiqə qazanan ölkələr üçün keçirilən mətbuat konfransında Azərbaycanlı jurnalist Ermənistan təmsilçisinin hərəkətinə etirazını bildirmişdir.[3]. Ermənistan təmsilçisi İveta jurnalistə cavabında "Mənim düşüncələrim ana vətənimin yanındadır və mən hər yerdə sülh olmasını istəyirəm" demişdir. Azərbaycan təmsilçisi Səmra Rəhimli isə öz çıxışında "Avroviziya mahnı müsabiqəsidir və bu sadəcə musiqi barədədir" deyərək, müsabiqənin siyasi maraqlar üçün istifadəsinə etirazını bildirmişdir. Nəticədə Avroviziya müsabiqəsinin təşkilatçıları Mukuçyanın hərəkətini pisləyərək, bunu Avroviziyanın siyasi çıxışlara qarşı olan mövqeyinin "ciddi pozuntusu" adlandırmışdır. Ermənistanın Avroviziyanı birbaşa yayımlama hüququ olan AMPTV telekanalına isə bənzər halın bir daha təkrarlanacağı halda ölkənin müsabiqədən kənarlaşdırılacağı ilə bağlı xəbərdarlıq edilib[4].

Almaniya təmsilçisinin dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

19 noyabr 2015-ci il tarixdə Almaniyanın NDR telekanalı ölkəni 2016 Avroviziya Mahnı Müsabiqəsində Xavier Naidunun təmsil edəcəyini açıqlamışdır. Lakin bu qərar Almaniya və Avropa mətbuatında etiraza səbəb olmuşdur. Belə ki, müğənni bundan öncə bir neçə dəfə irqçi, antisemitist və homofobik açıqlamalar etmişdir və bir çox alman vətəndaş ölkələrinin belə bir şəxs tərəfindən təmsil olunmasına qarşı olduqlarını bildirmişdirlər[5]. Nəticədə 21 noyabr tarixində NDR telekanalı Almaniyanı Stokholmda keçiriləcək müsabiqədə təmsil edəcək müğənninin seçilməsi üçün milli seçim turundan istifadə olunacağını elan etmişdir və beləliklə Xavierin müsabiqədə iştirakı baş tutmamışdır.

Rumıniyanın müsabiqədən kənarlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Rumıniya Ovidiu Antonun ifa etməli olduğu "Moment of Silence" adlı mahnı ilə 12 may tarixində keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinin 2-ci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016-cı il tarixində Rumıniyanın dövlət kanalı TVR-nin Avropa Yayım İttifaqına 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinə qədər borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur[6]. Avropa Yayım İttifaqının direktoru açıqlamasında "Ölkəni müsabiqədən kənarlaşdırmağa məcbur qaldığımıza görə çox təəssüf edirik. Lakin Rumıniyanın üst-üstə yığılan borcları AYİ-nin maliyyə sabitliyini təhlükəyə atdığını" bildirmişdir.

Yarımfinallara bölünmə səbətləri

[redaktə | mənbəni redaktə et]

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 25 yanvar 2016 tarixində Aleksandra Pasxalidu və Yovan Radomir aparıcılığında Stockholm City Hall-da püşk çəkilişi keçirilmişdir.

Çəkilişin ilk mərhələsində ev sahibi ölkə İsveç və ''Böyük beşlik'' ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edildi. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda işitirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri püşkatma ilə təyin olundu, Mart ayında ediləcək qrup konfransı ölkələrin səhnəyə çıxış sıraları müəyyən edir. İlk yarı finalda 18, ikinci yarı finalda 19 ölkə finala çıxmaq üzrə mübarizə aparacaq. Hər yarı finalda ilk ona daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil cəmdə 26 ölkə finala qalacaq. AYİ, 21 yanvar 2016 tarixində yarışmanın rəsmi tele səsvermə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 37 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət 6-cı Səbət
  • Qeyd: Rumıniya 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyi planlaşdırsa da Avropa Yayım İttifaqı üst-üstə yığılan borclar səbəbi ilə ölkəni müsabiqənin keçirilməsinə 20 gün qalmış iştirakdan azad etmişdir.

İştirakçı ölkələr

[redaktə | mənbəni redaktə et]

42 ölkənin iştirak etdiyi Avroviziya 2016 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi İsveç müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar. 2015-ci ildə ilk dəfə Avroviziyada debut edən Avstraliya da ikinci dəfə müsabiqədə iştirak etmiş, lakin bu dəfə Avstraliya avtomatik finalçı kimi deyil, digər ölkələr kimi yarımfinalda iştirak edərək final uğrunda mübarizə aparmışdır.

1-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]

10 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İspaniya və ev sahibi İsveç səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Finlandiya Finlandiya İngiliscə Sandya "Sing It Away" Uzaqlara oxu 15 51
02 Yunanıstan Yunanıstan Yunanca, İngiliscə Argo "Utopian Land" Utopiyalı torpaq 16 44
03 Moldova Moldova İngiliscə Lidiya İsak "Falling Stars" Axan ulduzlar 17 33
04 Macarıstan Macarıstan İngiliscə Freddi "Pioneer" Qabaqcıl 4 197
05 Xorvatiya Xorvatiya İngiliscə Nina Kralyiç "Lighthouse" Mayak 10 133
06 Niderland Niderland İngiliscə Daue Bob "Slow Down" Yavaşla 5 197
07 Ermənistan Ermənistan İngiliscə İveta Mukuçyan "LoveWave" Sevgi dalğası 2 243
08 San-Marino San-Marino İngiliscə Serhat "I Didn't Know" Mən bilmirdim 12 68
09 Rusiya Rusiya İngiliscə Sergey Lazarev "You are the Only One" Sən yeganəsən 1 342
10 Çexiya Çexiya İngiliscə Qabriela Qunçikova "I Stand" Mən dayanıram 9 161
11 Kipr Kipr İngiliscə Minus One "Alter Ego" Digər Mən 8 164
12 Avstriya Avstriya Fransızca Zoi "Loin d'ici" Buradan uzaqlarda 7 170
13 Estoniya Estoniya İngiliscə Yüri Putsmann "Play" Oyna 18 24
14 Azərbaycan Azərbaycan İngiliscə Səmra Rəhimli "Miracle" Möcüzə 6 185
15 Monteneqro Monteneqro İngiliscə Highway "The Real Thing" Həqiqi bir şey 13 60
16 İslandiya İslandiya İngiliscə Qreta Saloume "Hear Them Calling" Onların çağırışlarını eşidirəm 14 51
17 Bosniya və Herseqovina Bosniya və Herseqovina Boşnakca DalalDeen ilə Ana RuçnerYala "Ljubav je" Sevgi var 11 104
18 Malta Malta İngiliscə İra Losko "Walk on Water" Su üstündə gəzmək 3 209

2-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]

12 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Latviya Latviya İngiliscə Yusts "Heartbeat" Ürək döyüntüsü 8 132
02 Polşa Polşa İngiliscə Mixal Şpak "Color of Your Life" Həyatının rəngi 6 151
03 İsveçrə İsveçrə İngiliscə Raykka "The Last of Our Kind" Bizim kimilərdən sonuncu 18 28
04 İsrail İsrail İngiliscə Hovi Star "Made of Stars" Ulduzlardan yaranan 7 147
05 Belarus Belarus İngiliscə İvan "Help You Fly" Sənə uçmağa kömək edərəm 12 84
06 Serbiya Serbiya İngiliscə Sanya Vuçiç ZAA "Goodbye (Shelter)" Əlvida (Sığınacaq) 10 105
07 İrlandiya İrlandiya İngiliscə Niki Birn "Sunlight" Gün işığı 15 46
08 Şimali Makedoniya Makedoniya Makedonca Kaliopi "Dona" (Дона) 11 88
09 Litva Litva İngiliscə Donni Montell "I've Been Waiting for This Night" Mən bu gecəni gözləyirdim 4 222
10 Avstraliya Avstraliya İngiliscə Dami İm "Sound of Silence" Sakitliyin səsi 1 330
11 Sloveniya Sloveniya İngiliscə ManuElla "Blue and Red" Mavi və qırmızı 14 57
12 Bolqarıstan Bolqarıstan İngiliscə, Bolqarca Poli Genova "If Love Was a Crime" Əgər sevgi cinayət olsaydı... 5 220
13 Danimarka Danimarka İngiliscə Lighthouse X "Soldiers of Love" Sevginin əsgərləri 17 34
14 Ukrayna Ukrayna İngiliscə, Krımtatarca Camala "1944" 2 287
15 Norveç Norveç İngiliscə Aqnete "Icebreaker" Buzqıran 13 63
16 Gürcüstan Gürcüstan İngiliscə Nika Kocharov & Young Georgian Lolitaz "Midnight Gold" Gecəyarısı qızılı 9 123
17 Albaniya Albaniya İngiliscə Eneda Tarifa "Fairytale" Nağıl 16 45
18 Belçika Belçika İngiliscə Laura Tesoro "What's the Pressure" Bu nə basqıdır 3 274
Müsabiqənin qalibi Camala Stokholm səhnəsində

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (İsveç);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

14 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Ukrayna təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Belçika Belçika İngiliscə Laura Tesoro "What's the Pressure" Bu nə basqıdır 10 181
02 Çexiya Çexiya İngiliscə Qabriela Qunçikova "I Stand" Mən dayanıram 25 41
03 Niderland Niderland İngiliscə Daue Bob "Slow Down" Yavaşla 11 153
04 Azərbaycan Azərbaycan İngiliscə Səmra Rəhimli "Miracle" Möcüzə 17 117
05 Macarıstan Macarıstan İngiliscə Freddi "Pioneer" Qabaqcıl 19 108
06 İtaliya İtaliya İtalyanca, İngiliscə Françeska Mikyelin "No Degree of Separation" Ayrılıq yox dərəcəsində 16 124
07 İsrail İsrail İngiliscə Hovi Star "Made of Stars" Ulduzlardan yaranan 14 135
08 Bolqarıstan Bolqarıstan İngiliscə, Bolqarca Poli Genova "If Love Was a Crime" Əgər sevgi cinayət olsaydı 4 307
09 İsveç İsveç İngiliscə Frans "If I Were Sorry" Əgər üzgün olsaydım 5 261
10 Almaniya Almaniya İngiliscə Ceymi-Li "Ghost" Ruh 26 11
11 Fransa Fransa Fransızca, İngiliscə Amir "J'ai cherché" Axtarırdım 6 257
12 Polşa Polşa İngiliscə Mixal Şpak "Color of Your Life" Həyatının rəngi 8 229
13 Avstraliya Avstraliya İngiliscə Dami İm "Sound of Silence" Sakitliyin səsi 2 511
14 Kipr Kipr İngiliscə Minus One "Alter Ego" Digər Mən 21 96
15 Serbiya Serbiya İngiliscə Sanya Vuçiç ZAA "Goodbye (Shelter)" Əlvida (Sığınacaq) 18 115
16 Litva Litva İngiliscə Donni Montell "I've Been Waiting for This Night" Mən bu gecəni gözləyirdim 9 200
17 Xorvatiya Xorvatiya İngiliscə Nina Kralyiç "Lighthouse" Mayak 23 73
18 Rusiya Rusiya İngiliscə Sergey Lazarev "You are the Only One" Sən yeganəsən 3 491
19 İspaniya İspaniya İngiliscə Barei "Say Yay!" Ura de! 22 77
20 Latviya Latviya İngiliscə Yusts "Heartbeat" Ürək döyüntüsü 15 132
21 Ukrayna Ukrayna İngiliscə, Krımtatarca Camala "1944" 1944 1 534
22 Malta Malta İngiliscə İra Losko "Walk on Water" Su üstündə gəzmək 12 153
23 Gürcüstan Gürcüstan İngiliscə Nika Kocharov & Young Georgian Lolitaz "Midnight Gold" Gecəyarısı qızılı 20 104
24 Avstriya Avstriya Fransızca Zoi "Loin d'ici" Buradan uzaqlarda 13 151
25 Böyük Britaniya Böyük Britaniya İngiliscə Joe & Jake "You're Not Alone" Sən tək deyilsən 24 62
26 Ermənistan Ermənistan İngiliscə İveta Mukuçyan "LoveWave" Sevgi dalğası 7 249

1-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]
  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[8]
Cəmi Finlandiya Yunanıstan Moldova Macarıstan Xorvatiya Niderland Ermənistan San-Marino Rusiya Çexiya Kipr Avstriya Estoniya Azərbaycan Monteneqro İslandiya Bosniya və Herseqovina Malta Fransa İspaniya İsveç
Finlandiya 51 35 4 2 8 7 2 5 3 4
16 1 7 2 6
Yunanıstan 44 22 3 7 3 6 3
22 7 3 12
Moldova 33 24 3 6 6 5 4
9 5 2 2
Macarıstan 197 78 7 3 8 3 4 12 6 5 8 1 2 4 5 10
119 4 7 6 8 6 6 7 6 6 6 8 5 7 6 6 1 8 7 5 4
Xorvatiya 133 80 5 5 3 12 2 1 1 6 7 7 3 7 7 5 6 3
53 2 4 2 5 3 4 2 1 6 8 12 1 2 1
Niderland 197 102 12 1 4 6 2 4 12 10 6 12 2 12 1 8 4 6
95 6 2 6 5 4 6 3 4 10 8 4 10 7 4 6 10
Ermənistan 243 127 7 10 10 5 5 5 12 10 5 2 12 5 7 12 3 12 5
116 1 8 8 2 3 12 8 12 12 7 4 1 3 3 3 4 12 10 3
San-Marino 68 19 3 10 6
49 3 6 4 5 4 5 4 10 2 1 5
Rusiya 342 148 6 12 12 10 6 1 7 3 12 8 1 12 8 10 8 10 2 8 12
194 8 10 10 10 10 8 12 12 8 10 7 12 12 10 12 7 12 8 8 8
Çexiya 161 120 10 8 8 12 4 5 4 5 5 10 6 2 4 8 12 3 1 6 7
41 3 3 3 4 2 2 2 1 1 3 1 4 2 3 7
Kipr 164 71 8 7 2 10 10 8 1 10 1 8 4 1 1
93 7 12 7 2 3 8 5 8 4 2 6 1 5 5 2 6 5 3 2
Avstriya 170 37 3 2 6 5 2 4 1 12 2
133 10 5 7 8 7 10 5 3 10 5 3 10 6 8 6 1 10 12 7
Estoniya 24 9 1 2 2 1 1 2
15 12 1 2
Azərbaycan 185 92 2 5 7 3 7 6 10 3 4 4 7 5 3 6 7 5 8
93 12 12 10 7 10 8 7 7 10 10
Monteneqro 60 46 6 10 10 3 7 3 7
14 6 8
İslandiya 51 27 4 1 1 7 4 1 3 4 2
24 5 1 3 3 3 4 5
Bosniya və Herseqovina 104 26 1 4 1 2 2 10 6
78 12 7 1 4 7 12 5 12 6 12
Malta 209 155 8 4 6 12 7 8 12 5 8 8 8 12 8 4 10 6 2 10 7 10
54 1 5 4 1 1 10 2 1 5 2 8 4 4 5 1

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin peşəkar münsiflər heyətinin verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
5 Rusiya Azərbaycan, İsveç, Kipr, Moldova, Yunanıstan
4 Ermənistan İspaniya, Malta, Monteneqro, Rusiya
Niderland Estoniya, Finlandiya, İslandiya, San Marino
3 Malta Avstriya, Ermənistan, Macarıstan
2 Çexiya Bosniya və Herseqovina, Xorvatiya
1 Avstriya Fransa
Xorvatiya Niderland
Macarıstan Çexiya
SMS səsverməsi
[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
6 Rusiya Azərbaycan, Ermənistan, Estoniya, İslandiya, Malta, San Marino
4 Ermənistan Çexiya, Fransa, Niderland, Rusiya
Bosniya və Herseqovina Avstriya, İsveç, Monteneqro, Xorvatiya
2 Azərbaycan Macarıstan, Moldova
1 Avstriya İspaniya
Xorvatiya Bosniya və Herseqovina
Kipr Yunanıstan
Estoniya Finlandiya
Yunanıstan Kipr

2-ci yarımfinal

[redaktə | mənbəni redaktə et]
  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[10]
Cəmi Latviya Polşa İsveçrə İsrail Belarus Serbiya İrlandiya Şimali Makedoniya Litva Avstraliya Sloveniya Bolqarıstan Danimarka Ukrayna Norveç Gürcüstan Albaniya Belçika Almaniya İtaliya Böyük Britaniya
Latviya 132 64 6 6 7 4 2 7 10 3 6 2 5 1 5
68 5 5 7 7 12 5 2 3 3 8 3 3 5
Polşa 151 20 1 3 3 1 4 3 2 3
131 4 7 6 6 1 10 1 7 4 6 6 12 10 7 12 12 10 10
İsveçrə 28 25 1 5 1 7 2 7 1 1
3 3
İsrail 147 127 2 8 10 1 7 7 6 6 10 4 5 5 7 5 6 4 10 12 8 4
20 1 2 6 2 2 1 1 1 2 2
Belarus 84 32 1 4 1 2 6 2 6 5 2 3
52 7 8 3 5 1 6 4 1 10 6 1
Serbiya 105 55 5 1 3 5 12 3 8 3 8 2 5
50 12 10 2 12 5 2 1 6
İrlandiya 46 15 2 4 2 3 2 2
31 1 2 2 1 1 7 4 2 4 7
Makedoniya 88 34 8 12 2 12
54 4 2 12 4 10 8 12 2
Litva 222 104 12 3 8 4 10 5 3 5 7 1 3 10 8 8 1 3 3 1 8
118 10 3 5 10 12 8 3 7 6 12 10 4 8 4 4 12
Avstraliya 330 188 8 10 12 12 8 4 6 4 12 5 12 12 12 12 8 10 12 7 12 10
142 8 10 6 12 7 7 8 4 5 6 7 8 7 8 4 6 10 10 3 6
Sloveniya 57 49 3 6 8 7 1 4 1 6 7 6
8 4 3 1
Bolqarıstan 220 98 7 5 4 3 4 2 10 8 2 8 6 7 10 7 6 4 5
122 3 4 3 10 8 8 5 8 3 10 5 3 5 6 5 7 7 7 7 8
Danimarka 34 10 3 4 3
24 2 1 1 4 3 1 5 2 5
Ukrayna 287 135 10 12 5 10 7 10 10 8 8 4 1 6 12 5 5 6 10 6
152 12 12 5 7 12 6 4 6 10 3 8 12 5 4 12 5 6 8 12 3
Norveç 63 29 2 6 4 5 6 1 4 1
34 3 3 2 2 2 1 10 1 10
Gürcüstan 123 84 6 7 5 2 3 1 1 10 7 4 1 8 10 7 12
39 5 7 2 2 8 1 8 5 1
Albaniya 45 10 8 2
35 10 12 3 2 8
Belçika 274 139 4 2 7 6 12 12 3 5 12 12 10 8 10 7 10 8 4 7
135 6 6 8 8 4 10 6 5 4 12 7 10 12 3 7 4 8 6 5 4

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin peşəkar münsiflər heyətinin verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
9 Avstraliya Belçika, Bolqarıstan, Danimarka, İsrail, İsveçrə, İtaliya, Litva, Norveç, Ukrayna
4 Belçika Avstraliya, Belarus, İrlandiya, Sloveniya
2 Makedoniya Albaniya, Serbiya
Ukrayna Gürcüstan, Polşa
1 Gürcüstan Böyük Britaniya
İsrail Almaniya
Litva Latviya
Serbiya Makedoniya
SMS səsverməsi
[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
6 Ukrayna Belarus, Bolqarıstan, Gürcüstan, İtaliya, Latviya, Polşa
3 Polşa Almaniya, Belçika, Ukrayna
Litva Böyük Britaniya, İrlandiya, Norveç
2 Belçika Avstraliya, Danimarka
Makedoniya Albaniya, Serbiya
Serbiya İsveçrə, Sloveniya
1 Albaniya Makedoniya
Avstraliya İsrail
Latviya Litva
  Münsif
  SMS
Səsvermə nəticələri[12]
Cəmi Albaniya Ermənistan Avstraliya Avstriya Azərbaycan Belarus Belçika Bosniya və Herseqovina Bolqarıstan Xorvatiya Kipr Çexiya Danimarka Estoniya Finlandiya Fransa Gürcüstan Almaniya Yunanıstan Macarıstan İslandiya İrlandiya İsrail İtaliya Latviya Litva Şimali Makedoniya Malta Moldova Monteneqro Niderland Norveç Polşa Rusiya San-Marino Serbiya Sloveniya İspaniya İsveç İsveçrə Ukrayna Böyük Britaniya
Belçika 181 130 4 12 5 4 10 2 8 10 5 3 12 6 5 4 3 4 5 8 10 10
51 12 8 4 3 1 4 12 2 5
Çexiya 41 41 1 4 1 6 10 3 2 5 2 4 3
0
Niderland 153 114 3 4 2 7 7 6 10 7 4 6 12 8 4 3 2 6 4 5 1 3 5 5
39 6 10 7 3 2 6 3 2
Azərbaycan 117 44 2 1 2 1 7 1 1 10 2 10 7
73 8 8 1 6 7 1 2 3 6 8 7 6 10
Macarıstan 108 52 1 4 5 4 10 3 7 1 2 3 10 2
56 1 3 7 3 1 3 4 3 2 2 2 5 3 6 1 10
İtaliya 124 90 8 10 3 3 2 12 3 6 8 6 12 10 5 2
34 10 1 1 7 4 1 3 7
İsrail 135 124 3 10 3 2 7 5 2 7 3 12 4 8 2 6 5 1 7 3 7 7 2 1 8 6 3
11 6 2 3
Bolqarıstan 307 127 4 7 8 8 1 6 3 6 10 10 7 1 2 10 10 2 8 3 4 10 1 1 5
180 8 10 5 8 4 5 2 1 12 5 4 5 3 4 7 4 5 7 7 1 10 8 2 5 1 5 3 3 8 2 12 4 2 8
İsveç 261 122 8 8 12 4 12 12 5 6 10 4 6 5 2 8 6 10 4
139 3 2 7 2 1 3 7 1 2 12 10 10 2 8 7 12 2 7 7 2 7 10 2 4 1 5 1 1 1
Almaniya 11 1 1
10 2 8
Fransa 257 148 10 12 6 7 8 7 8 7 5 1 1 4 6 2 3 8 7 1 6 5 5 1 7 7 8 6
109 7 7 1 4 8 4 2 6 2 2 3 4 1 5 12 5 3 2 6 1 4 1 3 10 3 3
Polşa 229 7 2 3 1 1
222 5 1 12 3 6 12 6 4 2 7 5 1 5 7 4 10 3 8 10 10 4 10 5 6 2 10 10 5 7 4 5 10 5 8 10
Avstraliya 511 320 12 5 12 7 6 12 10 8 12 10 10 10 8 6 8 6 7 12 10 10 6 5 12 8 3 10 4 12 10 10 2 6 6 8 12 12 5 8
191 12 3 2 1 4 3 5 5 5 1 10 4 7 1 5 5 3 8 6 5 6 5 3 12 5 5 8 7 4 5 6 3 4 12 1 4 6
  Münsif
  SMS
Cəmi Albaniya Ermənistan Avstraliya Avstriya Azərbaycan Belarus Belçika Bosniya və Herseqovina Bolqarıstan Xorvatiya Kipr Çexiya Danimarka Estoniya Finlandiya Fransa Gürcüstan Almaniya Yunanıstan Macarıstan İslandiya İrlandiya İsrail İtaliya Latviya Litva Şimali Makedoniya Malta Moldova Monteneqro Niderland Norveç Polşa Rusiya San-Marino Serbiya Sloveniya İspaniya İsveç İsveçrə Ukrayna Böyük Britaniya
Kipr 96 43 6 1 4 8 1 5 2 4 5 7
53 6 7 3 1 12 5 6 1 7 3 2
Serbiya 115 35 8 5 2 7 6 5 2
80 4 12 12 4 12 12 12 12
Litva 200 104 7 1 5 10 1 3 5 5 6 5 1 3 1 10 4 2 2 8 2 7 12 4
96 4 1 3 6 5 5 4 12 2 8 3 2 12 8 6 3 12
Xorvatiya 73 40 1 6 4 1 8 2 7 3 6 1 1
33 10 5 6 4 8
Rusiya 491 130 7 2 3 12 12 5 6 6 12 1 12 8 7 4 7 8 7 1 4 6
361 7 12 5 8 12 12 6 6 12 8 10 10 4 12 8 6 8 12 10 10 7 8 10 8 12 8 8 10 12 10 3 6 8 10 12 10 8 8 6 12 7
İspaniya 77 67 6 3 5 1 4 1 3 5 4 12 2 8 7 5 1
10 2 1 1 2 4
Latviya 132 69 1 8 7 2 8 1 5 7 3 6 3 7 3 8
63 5 7 2 6 7 12 1 3 5 1 6 5 3
Ukrayna 534 211 2 10 7 3 12 12 7 12 7 2 12 10 12 8 12 12 3 4 12 12 12 12 6 10
323 6 10 8 10 10 10 2 7 10 10 7 12 3 8 12 10 10 6 6 12 4 8 12 10 10 6 4 10 8 7 4 12 10 12 7 7 7 7 4 5
Malta 153 137 2 8 10 6 5 7 6 6 2 5 4 4 10 4 5 4 3 12 8 3 10 6 7
16 5 6 5
Gürcüstan 104 80 10 7 3 8 5 3 10 8 5 6 3 12
24 8 1 3 2 4 6
Avstriya 151 31 5 4 8 1 8 1 4
120 4 3 3 5 4 6 4 1 6 6 8 7 1 6 2 1 3 4 1 4 6 4 8 6 2 5 10
Böyük Britaniya 62 54 5 4 4 3 3 7 12 6 8 2
8 4 3 1
Ermənistan 249 115 2 3 2 12 4 8 2 10 1 2 6 4 7 5 10 2 12 3 4 12 4
134 2 7 7 8 8 8 12 12 2 8 6 1 7 7 8 2 12 2 2 6 7

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finala vəsiqə qazanan ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
11 Ukrayna Bosniya və Herseqovina, Danimarka, Gürcüstan, İsrail, Latviya, Makedoniya, Moldova, Polşa, San Marino, Serbiya, Sloveniya
9 Avstraliya Albaniya, Avstriya, Belçika, İsveç, İsveçrə, Litva, Macarıstan, Niderland, Xorvatiya
4 Rusiya Azərbaycan, Belarus, Kipr, Yunanıstan
3 Ermənistan Bolqarıstan, İspaniya, Rusiya
İsveç Çexiya, Estoniya, Finlandiya
2 Belçika Avstraliya, İrlandiya
İtaliya Fransa, Norveç
1 Böyük Britaniya Malta
Fransa Ermənistan
Gürcüstan Böyük Britaniya
İspaniya İtaliya
İsrail Almaniya
Litva Ukrayna
Malta Monteneqro
Niderland İslandiya
SMS səsverməsi
[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finala vəsiqə qazanan ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
10 Rusiya Almaniya, Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Estoniya, Latviya, Moldova, Serbiya, Ukrayna
6 Serbiya Bosniya və Herseqovina, Makedoniya, Monteneqro, Sloveniya, İsveçrə, Xorvatiya
Ukrayna Çexiya, Finlandiya, Macarıstan, İtaliya, Polşa, San Marino
3 Avstraliya Albaniya, Malta, İsveç
Ermənistan Fransa, Gürcüstan, Rusiya
Litva Böyük Britaniya, İrlandiya, Norveç
2 Belçika Avstraliya, Niderland
Bolqarıstan İspaniya, Kipr
İsveç Danimarka, İslandiya
Polşa Avstriya, Belçika
1 Fransa İsrail
Kipr Yunanıstan
Latviya Litva

Digər ölkələr

[redaktə | mənbəni redaktə et]

Aşağıda qeyd olunan ölkələrin Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək haqları olduqlarına baxmayaraq, 61-ci keçiriləcək müsabiqədə müəyyən səbəblərə görə iştirakdan imtina etmişlər.

  • Andorra Andorra – 2 sentyabr 2015-ci il tarixdə Andorranın RTVA kanalı ölkənin 2016-cı ildə də müsabiqədə təmsil olunmayacağını rəsmi olaraq açıqlayıb.[13]
  • Lüksemburq Lüksemburq – 4 sentyabr 2015-ci il tarixdə Lüksemburqun RTL kanalı Lüksemburqun 2016-cı ildə müsabiqəyə geri dönməyəcəyini bildirdi. Buna səbəb ölkədə yarışmaya olan marağın az olması və iştirak üçün lazım olan büdcənin aşağı olmasıdır.[14]
  • Monako Monako – 21 iyul 2015-ci il tarixdə Monakonun TMC kanalı Monakonun 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını təsdiqləyib. Qayıtmamanın səbəbləri ilə bağlı açıqlama verilməyib.[15]
  • Portuqaliya Portuqaliya – 7 oktyabr 2015-ci il tarixdə 5 illik (2010-2015) uğursuz nəticələrin ardınca Portuqaliyanın RTP kanalı ölkənin 2016-cı ildə müsabiqəyə təmsilçi göndərməyəcəyini rəsmi olaraq açıqlayıb. Portuqaliyanın 2017-ci ildə yeni seçilmiş milli seçim turu prosesi ilə Avroviziyaya qayıdacağı gözlənilir.[16]
  • Rumıniya Rumıniya – Rumıniya əslində Ovidiu Antonun ifa etməli olduğu "Moment of Silence" adlı mahnı ilə 12 may tarixində keçiriləcək 2-ci yarımfinalda 12-ci nömrə altında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində dövlət-yayımçı kanalının (TVR) AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlandı. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinə qədər borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur[17].
  • Slovakiya Slovakiya – 28 sentyabr 2015-ci il tarixdə Slovakiyanın RTVS kanalı ölkənin 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını təsdiqləyib.[18]
  • Türkiyə Türkiyə – 3 noyabr 2015-ci il tarixdə Türkiyənin TRT kanalı ölkənin 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb və səbəb olaraq "Böyük Beşlik" ölkələrinin avtomatik olaraq finala keçmələri göstərilib[19].

Təkrar iştirak edən müğənnilər

[redaktə | mənbəni redaktə et]
Müğənni Ölkə İştirak etdiyi il Tutduğu yer
Kaliopi Şimali Makedoniya Makedoniya 1996, 2012 1996: təsnifat mərhələsindən keçməyib, 2012: 13-cü
İra Losko Malta Malta 2002 2-ci
Deen Bosniya və Herseqovina Bosniya və Herseqovina 2004 9-cu
Poli Genova Bolqarıstan Bolqarıstan 2011 12-ci (yarımfinalda)
Donni Montell Litva Litva 2012 14-cü
Qreta Saloume İslandiya İslandiya 2012 20-ci

Müsabiqəni canlı yayımlayan ölkələr

[redaktə | mənbəni redaktə et]
  1. "Justin Timberlake makes world premiere live performance in the Eurovision Song Contest!". eurovision.tv. AYİ. 9 May 2016. 9 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2016.
  2. "Palestinians condemn Eurovision Song Contest for flag ban". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  3. Eurovision Song Contest 2016 - Semi-Final 1 - Qualifiers Press Conference, AYİ, 10 May 2016, 16 May 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 17 may 2016
  4. Armenia to Face Sanctions for Eurovision Flag Incident
  5. "Germany's pick for Eurovision Song Contest 2016 causes controversy". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2016.
  6. "Romania: TVR will not participate in Eurovision 2016". esctoday. 22 Aprel 2016. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-22.
  7. "2016 First Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 5 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  8. "2016 First Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 5 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  9. "2016 Second Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 5 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  10. "2016 Second Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 5 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  11. "2016 Final Scoreboard". Eurovision.tv. AYİ. 9 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  12. "2016 Final Scoreboard". Eurovision.tv. AYİ. 9 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
  13. "Andorra: RTVA will not return to Eurovision in 2016". esctoday.com. 2 sentyabr 2015. 2015-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2015.
  14. "Luxembourg: RTL will not return to Eurovision in 2016". esctoday.com. 4 sentyabr 2015. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2015.
  15. "Monaco: TMC will not return to Eurovision in 2016". esctoday.com. 21 iyul 2015. 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2015.
  16. "Portugal: Withdraws From Eurovision 2016". Eurovoix.com. 2015-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2015.
  17. "Romania: TVR will not participate in Eurovision 2016". esctoday. 22 Aprel 2016. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 Aprel 2016.
  18. "Slovakia: RTVS will not participate in Eurovision 2016". esctoday.com. 28 sentyabr 2015. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-02.
  19. "Eurovision Turkey: TRT confirms non participation in Eurovision 2016". esctoday.com. 2015-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]