2018 Qış Olimpiya Oyunları | |
---|---|
İdmançıların sayı | 92[1], 2.833[1] |
Rəsmən açılışı edib | Mun Çje İn |
Olimpiya məşəli | Yuna Kim |
Vikianbarda əlaqəli mediafayllar |
2009-cu ilin oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsi (İOC) 2018-ci il Qış Olimpiya Oyunlarını keçirməyə iddialı şəhərlərin siyahısını açıqlayıb.
Həmin olimpiadaya ev sahibliyi uğrunda yalnız 3 şəhər mübarizə aparacaq. Bunlar Almaniyanın Münhen, Fransanın Ansi və Cənubi Koreyanın Pxençxan şəhərləridir. İddiaçılar rəsmi ərizə təqdim etdikdən sonra İOC ekspertləri hər bir şəhərin təşkilati imkanlarını öyrənəcəklər. Qalib şəhərin adı isə 2011-ci ilin iyulunda Cənubi Afrika Respublikasının Durban şəhərində açıqlanacaq.
Namizədlərdən Münhen qələbə qazansa, həm yay, həm də qış olimpiadası təşkil edən ilk şəhər olacaq. Artıq bu şəhər 1972-ci il Yay Olimpiya Oyunlarının ev sahibi olub. Pxençxan 2010 və 2014-cü il olimpiadaları uğrunda mübarizə aparsa da, hər iki halda səsverməni uduzub.[2]
Cənubi Koreyanın Pxençxan şəhəri 2018-ci ilin Qış Olimpiya oyunlarını keçirmək hüququ əldə edib[3].