2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 29 noyabr 2020 |
Aparıcı(lar) | İda Novakovska Malqorzata Tomasevska |
Direktor | Martin Österdal |
Kanal | TVP |
Keçirilən yer | Varşava, Polşa |
Qalib mahnı | "J'imagine" |
Seçki sistemi | 50% peşəkar münsif səsverməsi 50% onlayn səsvermə |
İştirakçıların sayı | 12 |
İlk dəfə iştirak edən ölkələr | Almaniya |
İştirakdan imtina edən ölkələr | Albaniya Avstraliya Ermənistan İrlandiya İtaliya Şimali Makedoniya Portuqaliya Uels |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2019 2021 ► |
2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2020) — sayca ənənəvi 18-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 29 noyabr 2020-ci il tarixində "Move the world" devizi altında Polşanın Varşava şəhərində keçiriləcək. Bu Polşanın Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olacaq. Müsabiqəyə İda Novakovska, Malqorzata Tomasevska və Rafal Brzozovski 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinədəki qələbədən sonra ev sahibliyi edəcək.
8 sentyabr 2020-ci il tarixdə Avropa Yayım İttifaqı ümumilikdə 13 ölkənin Varşavada keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqlədi. Bu ölkələrdən Almaniya müsabiqədə ilk dəfə iştirak edəcək. 2019-cu ildə müsabiqədə iştirak etmiş Albaniya, Avstraliya, İrlandiya, İtaliya, Şimali Makedoniya, Portuqaliya, Uels isə yarışmada iştirakdan imtina etmişdir.
Fransa təmsilçisi Valentina "J'imagine" mahnısı ilə müsabiqənin qalibi oldu. Bu, Fransanın Avroviziyalarda 1989 Avroviziya Gənc Rəqqaslar Müsabiqəsindən sonrakı ilk qələbəsi idi. Qazaxıstan, İspaniya və Niderland ardıcıl iki il olaraq sırasıyla ikinci, üçüncü və dördüncü yeri tutdu, Almaniya isə debütünü sonuncu olaraq tamamladı.
2020 Avroviziya Uşaq Mahnı Müsabiqəsi Viki Qaborun "Superhero" mahnısı ilə Qlivitsedə 2019-cu ilki müsabiqəni qazanmasında sonra Polşanın Varşava şəhərində yerləşən və ölkənin müsabiqədəki rəsmi yayımçısı olan TVP-in 5-ci studiyasında keçiriləcək. COVİD-19 pandemiyası səbəbindən müsabiqə ləğv olunduğu üçün iştirak edən bütün ölkələr mahnılarını ölkələrindəki studiyadan səsləndiriləcək. Bu, Varşavada keçiriləcək üçüncü Avroviziya hadisəsi olacaq (1994 Avroviziya Gənc Musiqiçilər Müsabiqəsi və 2005 Avroviziya Gənc Rəqqasələr Müsabiqəsi).
COVİD-19 pandemiyası səbəbi ilə 2020 Avroviziya Mahnı Müsabiqəsi ləğv edildikdən sonra müsabiqə üzərində iş qeyri-müəyyən müddətə dayandırıldı. 16 May 2020-ci il tarixində Avroviziya: Avropa, işıq saçın yayımı zamanı 2020 Avroviziya Uşaq Mahnı Müsabiqənin 29 noyabrda Varşavadakı studiyaların birində baş tutacağı təsdiqlədi. 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi Viki Qabor yayım zamanı yarışın loqosunu və şüarını da təqdim etdi.
7 oktyabrda Rafal Brjozovski müsabiqənin TVP-nin Varşavadakı qərargahındakı 5-ci studiyada baş tutacağını açıqladı.
† Ev sahibi məkan
Şəhər | Arena | Tutum |
---|---|---|
Xarkov | Tauron Arena | 22 000 |
Varşava † | ATM Studiya | 1 300 |
Transkolor studiya | — | |
TVP; 5-ci studiya | — |
Yarışmasının şüarı olan #MoveTheWorld! 16 May 2020-ci il tarixində 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi qalibi Viki Qabor tərəfindən Avroviziya: Avropa, işıq saç teleşousunun yayımı zamanı elan edildi.
“Şüarın arxa planındakı yaradıcılıq konsepsiyası ondan ibarətdir ki, uşaq olduğumuz zaman bütün vacib işlərin məşhur insanlar tərəfindən edildiyinə səhvən inanırıq: alimlər, astronavtlar, idmançılar və aktyorlar. Onlara çevrilmək istəyirik, çünki gözümüzün önündə onların belə böyük işləri gördüyünü görürük, amma bu belə deyil: dünyada hər gün milyonlarla insan gündəlik vəzifələrini bacarıq və qayğı ilə yerinə yetirir. Biz birlikdə həqiqətən də dünyanı hərəkətə gətirə bilərik. Bu ilki şüar birlikdə sahibi olduğumuz gücə həsr olunub."
2020-ci ilin yanvar ayında AYB Martin Österdalın Yon Ola Sandın yerinə 2020-ci ildən sonra Avroviziya Mahnı Müsabiqəsinin yeni icraçı direktoru olacağını açıqladı. Bundan əvvəl Österdal 2013 və 2016-cı illərdə Avroviziya Mahnı Müsabiqəsində yarışmanın icraçı prodüseri, 2012 və 2018-ci illər arasında isə Avroviziya Mahnı Müsabiqəsi referans qrupunun üzvü olmuşdu.
Hər bir ifaçının öz ölkəsindəki televiziya studiyasından çıxış edərək, yarışmanın məsafəli təşkil ediləcəyi ilk müsabiqə olacaqdır. Yarışmaya şəffaflıq vermək üçün on iki ifaçı oxşar ssenari və eyni texniki avadanlıqlardan istifadə edərək iştirakçıların hər birinə bərabər şərait yaratmağı öhdələrinə götürdülər. Açılış mərasimi, interval aktları və səsvermə Varşavadan canlı yayımlanacaq.
Performanslarını məsafəli təqdim edəcək iştirakçılar arasında Belarus, Fransa, Qazaxıstan, Niderland və İspaniya yer alır. Digər iştirakçılar isə çıxışlarını əvvəlcədən lentə almaq üçün Polşaya getdilər.
Nəticələr 50% onlayn səsvermə və 50% münsif səsverməsi ilə təyin ediləcəyi 2017-ci ildən bəri tətbiq olunan eyni səsvermə sistemi vasitəsilə hesablanacaq. Onlayn səsvermə iki mərhələdən ibarətdir. Onlayn səsvermənin ilk mərhələsi 27 noyabr-29 noyabr tarixləri arasında, şou başlamazdan bir dəqiqə əvvələ qədər davam edəcək. Onlayn səsvermənin ikinci mərhələsi canlı şou zamanı baş tutacaq və son ifadan sonra başlayacaq və 15 dəqiqə müddətində açıq elan ediləcək. İzləyicilər üç ölkəyə səs verə bilər. İzləyicilər öz ölkələrinin mahnısına da səs verə bilərlər.
Xalların digər yarısı hər iştirakçı ölkədən milli münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Təhlükəsizlik tədbirləri səbəbiylə, 2012-ci ildən bəri ilk dəfə xalları açıqlayan şəxslər balları arenada deyil, öz ölkələrindən elan edəcəklər.
7 oktyabr 2020-ci il tarixində İda Novakovska, Rafal Brzozovski və Malqorzata Tomasevskanın yarışmaya ev sahibliyi edəcəyi açıqlandı. Nowakowska ardıcıl iki dəfə bu yarışmaya ev sahibliyi edən ilk şəxsdir. Rafal Polşalı müğənni və teleaparıcıdır, Tomaszewska isə The Voice of Poland teleşousuna aparıcılıq edib.
14 noyabr 2020-ci il tarixində jurnalist və teleaparıcı Mateu Simkoviak 23 noyabrda Varşavada təşkil edilən Açılış Mərasiminin aparıcısı olaraq təsdiqləndi. Bununla da o, Açılış Mərasiminə ardıcıl iki dəfə ev sahibliyi edən ilk şəxsdir.
27 noyabr 2020-ci il tarixində müsabiqədən iki gün əvvəl TVP və AYB müsabiqədə 2019 qalibi Viki Qaborun şou əsnasında iki mahnı oxuyacağını açıqladı: "Superhero" və Avroviziya Mahnı Müsabiqəsi 2019-un qalib mahnısı "Arcade". Viki "Arcade"-i Dankan Lourens və Roksana Vegel ilə birlikdə ifa edəcək. Alisiya Szemplinska ləğv olunmuş Avroviziya Mahnı Müsabiqəsi 2020-də ifa etməli olduğu "Empires" mahnısını ifa edəcək.
Mükafatı İsveç şüşə şirkəti Kosta Boda-dan Kyel Enqman 2017-ci il müsabiqəsində ilk dəfə təqdim olunan dizayndan istifadə edərək hazırladı. Əsas mükafat səs axışını simvolizə edən üst hissənin içərisində rəngli xətləri olan şüşə mikrofondur.
8 sentyabr 2020-ci il tarixində AYB Almaniyanın debüt edəcəyini, Albaniya, Avstraliya, İrlandiya, Şimali Makedoniya, Portuqaliya və Uelsin isə 2019-cu ildən sonra müsabiqəyə geri dönməyəcəyini açıqladı. Bu, 2013-cü ildə bəri iştirakını təsdiqləyən ölkə sayının ən az olduğu ildir. 2013-cü ildə on iki ölkə müsabiqədə iştirak etmişdir. AYB siyahının yekun olmadığını və hələ də yarışmada iştirak etmək istəyən ölkələr üçün açıq olduğunu bildirdi.
Ermənistanın əvvəlcə iştirakçı ölkə kimi təsdiqlənməsinə baxmayaraq, 5 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağda davam edən müharibə səbəbindən Ermənistan müsabiqəsindən geri çəkildi, nəticədə iştirakçı ölkələrin sayı 12-yə endirildi.