Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
20 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 20 manat |
Eni | 141 mm |
Uzunluğu | 70 mm |
Təhlükəsizlik ünsürləri | gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər |
Nəşr illəri | 2005 |
Ön tərəf | |
Dizayn | qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Azərbaycanın milli naxışları |
20 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 ve 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır.
20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1].
Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur[1].
Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur[1]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir[1].
20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir[1].
Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[1].