34-cü küçə (Manhetten)

34-cü küçə
34th Street
34-cü küçə və Beşinci prospektdə yerləşən Empayr Steyt Bildinq
34-cü küçə və Beşinci prospektdə yerləşən Empayr Steyt Bildinq
Ümumi məlumatlar
Ölkə
Şəhər Manhetten
Uzunluğu 2.0 mi[1] (3.2 km)
Poçt indeksi 10001, 10121, 10016
Yaranıb 1811-ci il mart ayı

34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinəLonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.[2]:839

34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald SkverCeykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var.

Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi.[3] 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.

Xüsusi avtobus zolaqları yaratmaq üçün, küçə yolunun AltıncıBeşinci prospektlər istiqamətində birtərəfli olması lazım idi,[4] prospektlər arasında isə piyada sahəsi yaranmalı idi. Sonda küçədə ikitərəfli yolun olduğu kimi qalmasına qərar verildi.

  1. Google. 34-cü küçə (Manhetten) (Xəritə) // Google Maps. Google. August 31, 2015. İstifadə tarixi: August 31, 2015.
  2. The Encyclopedia of New York City, 2010
  3. Bridges W. "1811 COMMISSIONERS PLAN FOR NEW YORK" (ingilis). Cornell University Library. 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.
  4. Grynbaum M. M. "Plan for 34th St. Puts Buses and Feet First". The New York Times. 2010-04-22. 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-29.