34-cü küçə | |
---|---|
34th Street | |
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Şəhər | Manhetten |
Uzunluğu | 2.0 mi[1] (3.2 km) |
Poçt indeksi | 10001, 10121, 10016 |
Yaranıb | 1811-ci il mart ayı |
34-cü küçə (ing. 34th Street) ― Nyu-York şəhəri Manhetten borosunun mərkəzi Midtaun hissəsində yerləşən iki tərəfli küçə; adanı şərqdən qərbə keçən əsas magistral yollardan biri. Küçə qərbdən Vest Sayd Hayveydən şərqdəki FDR magistralına qədər uzanır. Küçə, qərbdəki Nyu-Cersi ştatı ilə şərqdəki Kuins arasında birləşdirici nəqliyyat arteriyası kimi xidmət edir, oradan o, Nyu-Cersiyə aparan Linkoln tunelinə və Lonq-Aylendə istiqamətlənən Kuins — Midtaun tunelinə keçir. Küçə Midtaunun cənub sərhədi sayılır.[2]:839
34-cü küçədə Empayr Steyt Bildinq, Meysis Herald Skver və Ceykob Ceyvits Konqres Mərkəzi daxil olmaqla bir neçə görkəmli bina yerləşir. Pensilvaniya stansiyası kimi digər obyektlər 34-cü küçədən bir məhəllədə yerləşirlər. Küçədə M34 / M34A avtobus xətləri ilə fəaliyyət göstərir və həmçinin bir neçə metro stansiyası var.
Küçə 1811-ci il baş planına uyğun olaraq düzəldilib. Ona əsasən, şərqdən qərbə uzanan 15 küçəsi 30 metr enində, qalanları isə 18 metr olmalı idi.[3] 2010-cu ilin aprel ayında Nyu-York Şəhər Nəqliyyat Departamenti 34-cü küçədə ekspres avtobusun fəaliyyətə buraxılmasını təklif etdi.
Xüsusi avtobus zolaqları yaratmaq üçün, küçə yolunun Altıncı və Beşinci prospektlər istiqamətində birtərəfli olması lazım idi,[4] prospektlər arasında isə piyada sahəsi yaranmalı idi. Sonda küçədə ikitərəfli yolun olduğu kimi qalmasına qərar verildi.