Ağçubuq söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağçubuq söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır. Qutucuq çılpaqdır, qısa saplaq üzərindədir və uzunluğu 5 mm-ə yaxındır. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Samur-Şabran ovalığı, BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz ovalığı, Kür düz., KQ cənub, Naxçıvanın dağlıq ovalıqdan orta dağ qurşağına qədər.
Çayların sahilində, suvarma kanallarının yanında rast gəlini
Qabığında aşı maddəsi vardır. Qabıq və yarpağından sarı rəng alınır. Dekorativ və balverən bitkidir.