Ağ suzanbağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Ağ suzanbağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ağ suzanbağı (lat. Nymphaea alba) — bitkilər aləminin suzanbağıçiçəklilər dəstəsinin suzanbağıkimilər fəsiləsinin suzanbağı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür.
Güclü kökə malik olan çoxillik su bitkisidir. Yarpaqları çox iri, tək-tək, uzun, yoğun saplaqlarda; yarpaq ayası ürəkvari-ovalvari, bəzən dairəvi, 10-25 sm enindədir. Kasayarpağı uzunsov və ya oval-uzunsov, uzunluğu 7 sm-ə qədər, itivari və ya kütvari, aşağıdan yaşıl, yuxarıdan yaşılvari-ağdır. Çiçəkləri tək-tək, iri, 10-15 (25) sm diametrindədir; ləçəkləri çoxsaylı, ağ oval-uzunsov. Dişicik ağzının şüaları 8-24 saydadır. Meyvəsi kürəvi, yaşıl rəngdə, çoxyuvalıdır.
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may—avqust—sentyabr aylarına təsadüf edir. Su və rütubəti sevən (hidrofil), işıqsevən bitkidir. Toxumla və vegetativ üsulla çoxalır. Müxtəlif şirin su qruplaşmalarında və yaxud tək bitir, durğun və yavaş axan s sahələrində rast gəlinir. Bəzi su hövzələrində tamamilə yox olub. Qida, dərman və dekorativ bitkidir.
Kür-Araz ovalığı (Zərdab rayonu — Qarasuçayın sahəsində), Lənkəran ovalığı (Lənkəran rayonu — Liman qəsəbəsi, Mortso gölünün şimal hissəsində).
Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Qlobal istiləşmə ilə əlaqədar baş verən quraqlıqlar nətiicəsində körfəz və göllərin suyunun azalması, qida və dərman bitkisi kimi əhali tərəfindən istifadə edilməsi.
Qızılağac qoruğunda mühafizə olunur. Bitdiyi yerlərin tam mühafizəsi, Kür sututarlarının şirin su ilə doldurulması məqsədəuyğundur.