ABŞ-də QİÇS

Yoluxma hallarının ştatlar üzrə göstərilməsi. (2006)[1][2]
  < 1000
  1000 - 1900
  2000 - 4900
  ≥ 5000

ABŞ-də QİÇS (ing. HIV/AIDS in the United States) — Amerika Birləşmiş Ştatlarında QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Qazanılmış İmmun Çatışmazlığı Sindromuna ABŞ-də ilk dəfə 1969-cu ildə rast gəlinmişdir. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında və xüsusəndə bu ştatın Los-Anceles şəhərində həkimlər tərəfindənçoxlu sayda insanda Kaposi sarkoması xərçəngi aşkarlanmışdır. Virusun Haitidən gəlmiş miqrantlarla ölkəyə daxil olduğu təxmin edilməkdədir.[3]

320 milyondan çox əhalinin yaşadığı ölkədə 1.2 milyon HİV müsbət şəxsin yaşadığı təxmin edilir. Bu şəxslərdən təqribən 1/8 hissəsi virus daşıyıcısı olmasından xəbərsizdir.[4] Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının 2009-cu ilə aid məlumatına görə ABŞ-də yaşayan 1.2 milyon HİV müsbət şəxsdən 310 mini qadınlardır.[5]

Kaliforniya ştatında uşaqlarda daxil olmaqla HİV müsbət vətəndaşların sayı 184 mindən çoxdur. 85.958 nəfər bu günə qədər virusun səbəb olduğu xəstəliklərdən dünyasını dəyişib. Los-Anceles dairəsində 31.076 nəfər, San-Fransiskoda isə 18.838 nəfər HİV müsbət şəxsin yaşadığı məlumdur.[6] 2007-ci ilin məlumatına əsasən Nyu-York ştatında 119.929 nəfər HİV müsbət şəxs yaşayır ki, bunlardan 92.669 nəfəri Nyu-York şəhərinin payına düşür.[7] Paytaxt Vaşinqton şəhərində də HİV müsbət şəxslərin sayı digər ərazilərə nisbət çoxluq təşkil edir. Belə ki, hər 100 min nəfərdən 177 nəfərində HİV virusunun olduğu təxmin edilir. Bu göstərici digər ştatlara nisbətən doqquz dəfə çoxdur.[8]

  1. Cante, Richard C. Gay Men and the Forms of Contemporary US Culture. London: Ashgate Publishing. ISBN 0-7546-7230-1. March 2008.
  2. Bogart, Laura; Thorburn, Sheryl. "Are HIV/AIDS conspiracy beliefs a barrier to HIV prevention among African Americans?". J. Acquir. Immune Defic. Syndr. 38 (2). February 2005: 213–8. doi:10.1097/00126334-200502010-00014. PMID 15671808.
  3. Walker, Robert Searles. AIDS: Today, Tomorrow : an Introduction to the HIV Epidemic in America (2nd). Atlantic Highlands, New Jersey: Humanities Press Intl. 1994. ISBN 0-391-03859-1. OCLC 30399464.
  4. Siplon, Patricia. AIDS and the policy struggle in the United States. Washington D.C.: Georgetown University Press. 2002. ISBN 978-0-87840-378-3. OCLC 48964730.
  1. Wilson, Phill; Wright, Kai; Isbell, Michael T. "Left Behind: Black America: a Neglected Priority in the Global AIDS Epidemic" (PDF). Black AIDS Institute. August 2008. August 21, 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: March 20, 2010.
  2. "Deaths in New York City Reached Historic Low in 2002" (Press-reliz). New York City Department of Health and Mental Hygiene. January 30, 2004. June 4, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 20, 2010.
  3. "The Differences Between HIV-1 and HIV-2". stdcheck.com. İstifadə tarixi: 14 fevral, 2017.
  4. "HIV in the United States | Statistics Overview | Statistics Center | HIV/AIDS | CDC". www.cdc.gov. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-22.
  5. "United States". HIV/AIDS Knowledge Base. University of California, San Francisco. November 13, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 25, 2011.
  6. "December 2008 Monthly HIV/AIDS Statistics" (PDF). California Department of Public Health Office of AIDS. July 9, 2009. March 17, 2010 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 21, 2010.
  7. "New York State HIV/AIDS Surveillance Annual Report For Cases Diagnosed Through December 2007" (PDF). New York State Department of Public Health. May 2009. April 19, 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 21, 2010.
  8. "The HIV/AIDS Epidemic in the United States". Kaiser Family Foundation. March 22, 2013. February 1, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 2, 2012.