ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası | |
---|---|
ing. National Guard of the United States | |
![]() | |
Növü |
Milis (hərbi qüvvə) ehtiyat qüvvə |
Yaranma tarixi | 1903-müasir dövr |
Ölkə | |
Tabedir |
Amerika Birləşmiş Ştatları Ordusu ABŞ Hərbi Hava Qüvvələri |
Daxildir | Amerika Birləşmiş Ştatları Quru Qoşunları, ABŞ Hərbi Hava Qüvvələri |
Tərkibi | |
Vəzifəsi | ölkənin daxili təhlükəsizliyinin təmin edilməsi, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsi və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsi |
Sayı | 1,467,587 (2013) |
Qərargah | |
Şüarı | Hər zaman hazır, hər zaman xidmət başında |
Komandanlıq | |
Komandir | General Frank J. Grass |
nationalguard.mil | |
![]() |
ABŞ Milli Qvardiyası və ya Amerika Birləşmiş Ştatları Milli Qvardiyası (ing. National Guard of the United States) — ABŞ-nin hər bir ştatında, eyni zamanda da Quamda, ABŞ Vircin adalarında, Puerto-Rikoda və paytaxt Vaşinqtonda, həm ştat rəhbərliyinin, həm də federal hökumətin ehtiyat qüvvəsidir. Milli Qvardiyaçılar ölkənin daxili təhlükəsizliyinin təmin edilməsinə, irimiqyaslı sosial hadisələrə (üsyanlara, qiyamlara, etiraz aksiyalarına və s.) reaksiya verilməsinə və baş vermiş olan təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasına kömək edilməsinə görə məsuliyyət daşıyırlar və eyni zamanda da 2003-cü ildən etibarən ölkədən kənarda da xidmət göstərə bilərlər.
Milli Qvardiya Amerika Birləşmiş Ştatları Ordusunun və ABŞ Hərbi Hava Qüvvələrinin müştərək bölməsi olub Ordu və ABŞ Milli Aviasiya Qvardiyasına ayrılır.[3][4]