ABŞ—Ermənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
ABŞ—Ermənistan münasibətləri — ABŞ və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər.
1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir. ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir. Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir[1].
2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı. Bu müddət ərzində erməni əsgərləri çoxmillətli sülhməramlı əməliyyatlara hazırlanacaqlar[2].
ABŞ və Ermənistan iqtisadi məsələlərə dair strateji bir müqavilə imzalamışlar (U.S. — Armenia Joint Economic Task Force (USATF)). Bu forum hər il enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün toplanır. ABŞ və Ermənistan arasında iki ölkə arasında bir sıra ticarət və investisiya müqavilələri var: Ticarət Münasibətləri Sazişi, İnvestisiyaların Təşviqi Sazişi, İkitərəfli İnvestisiya Müqaviləsi. Ermənistanın Xarici İnvestisiya Qanunu ABŞ daxil olmaqla, Ermənistana qoyulan bütün birbaşa investisiyaları tənzimləyir. İki ölkə, Enerji Resurslarına dair Anlaşma Memorandumu imzalamışdır. Bu sənəd ABŞ və Ermənistan arasında şist qazı da daxil olmaqla ölkənin potensial enerji mənbələrini qiymətləndirmək üçün əməkdaşlığı gücləndirməyi hədəf alır. Ermənistandakı Amerika investisiyaları informasiya texnologiyaları, otellər, xalçaçılıq, mebel istehsalı, inşaat, zərgərlik və tekstil sahələrində cəmləşib.
|
|