AFM — Almaniyanın Formula 1 yarış komadası. Formula 1 yarışlarında çıxışı 1950-ci illərdən başlamışdır.
Komandanın əsası Alexander Von Falkenhausen tərəfindən qoyulmuşdur. O, 1930-cu ildə BMW 328 modelini yaradan əsas mühəndislərdən biri olmuşdur. Bu model 1930-cu ildə Avropa idman yarışlarında əsas yeri tuturdu.
İkinci Dünya Müharibəsindən sonra Falkenhausen Münxendə öz avto salonunu açır. O burada BMW 328 hissələrini hazırlamağa başlayır. 1948-ci ildə isə o öz şəxsi avtomobilini hazırlayır və BMW 328 mühərrikindən istifadə edir. Növbəti il AFM-avtomobili hazır olur və Formula 2 yarışında iştirak edir. Alman sürücü Hans Joachim Grenzlandring-da üçüncü yer qazanır. Ən yaxşı qalibiyyət Formula 2 Qran pri-də Hans Joachimʼın qələbə qazanması idi.
1951-ci ildə, AFM komandası, mühəndis Richard Küche tərəfindən hazırlanan, daha yüngül olan V8 mühərrikini təqdim edir. AFM-4-«Küchen» adlandırılan avtomobili Hans Stuck idarə edir. 1951-ci ildə O, Formula 2 dünya çempionatı çərçivəsində qalibiyyət qazanır.
1952-53-cü illərdə komanda ardıcıl Formula 2 yarışlarına qatıldı. Komanda artıq rəqabətə dayana bilmədi və yarışlara son qoydu.
Komandanın Formula 1-də ilk İştirakı İsveçrə Qran Priʼdə oldu. Yarışçı Hans Stuck yaxşı nəticə əldə edə bilmədi. Növbəti mövsümdə, Almaniya Qran priʼdə BMW mühərrik istifadə olunsa da problemlər yarandı və ən yaxşı halda sürücü Helmut Niedermayr doqquzuncu yeri tutdu. Bu qalibiyyət Komandanın Formula 1 yarışlarında əldə etdiyi ən yüksək nəticə oldu.
Komandanın Formula 1 də ən sonuncu yarışı İtaliya Qran pri oldu. Bristol L6 mühərriki istifadə olundu, sürücü isə Hans Stuck oldu. Mühərrikdə heç bir problem olmasa da, Hans 14-cü yerdə qərarlaşdı. 1953-cü ildə komanda Formula 1 yarışlarında iştirakı dayandırdı.