AIDC F-CK-1 Ching-kuo | |
---|---|
Tipi | qırıcı |
Hazırlayan | General Dynamics |
İstehsalçı | |
Baş konstruktor | Aerospace Industrial Development Corporation[1] |
İlk uçuş | 28 may 1989 |
İstismara verilmə tarixi | 1994[3] |
Status | İstifadə olunur |
İstismarçılar | Çin Respublikası Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1990-2000 |
Buraxılış sayı | 130 |
Vahidinin qiyməti | 25-30 milyon US$[2] |
Vikianbarda əlaqəli mediafayllar |
AIDC F-CK-1 Ching-kuo (經國號戰機) Tayvanın çoxməqsədli reaktiv qırıcı təyyarəsidir. Təyyarə Çin Respublikasının keçmiş prezidenti olan Chiang Ching-kuonun adını daşıyır. İlk uçuşunu 1989-cu ildə etmiş və 1994-cü ilin yanvarında Çin Respublikası Hərbi Hava Qüvvələrinə təhvil verilmiş olan təyyarə[4] 1997-ci ildən aktiv şəkildə xidmət göstərir.
Proqram ABŞ-nin Çinin diplomatik təzyiqi nəticəsində Tayvana özünün F-20 Tigershark və General Dynamics F-16 Fighting Falcon reaktiv qırıcılarının satışını dayandırmasından sonra Tayvan Respublikasının yerli qabaqcıl reaktiv təyyarə hazırlamaq qərarına gəlməsindən sonra başladılmışdır. Təyyarə Amerika müdafiə şirkətlərinin köməyi ilə Aerospace Industrial Development Corporation tərəfindən dizayn və istehsal edilmişdir.