Ulduz | |||
A Xaç | |||
---|---|---|---|
Müşahidə məlumatları (Dövr J2000.0) |
|||
Birbaşa çıxma | 12s 26d 35,90s | ||
Meyl | 12s 26d 35,90s | ||
Məsafə | 320 işıq ili | ||
Görünən ulduz ölçüsü (V) | 0,76[1] | ||
Bürc | Cənub Xaçı | ||
Astrometriya | |||
Radial sürət (Rv) | −11,2 km/san | ||
Parallaks (π) | 10,13 mas | ||
Mütləq böyüklük (V) | −3,77 | ||
Xüsusiyyətləri | |||
Ulduz təsnifatı | B0.5IV + B1V | ||
Fiziki xüsusiyyətləri | |||
Radius | 4,76 R☉ | ||
İşıqlandırma gücü | 25.000 L☉ | ||
Orbit elementləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Alfa Xaç (α Crucis, qısaldılmış Alfa Cru, α Cru) — Xaç bürcü və Cənub Xaçı olaraq tanınan ulduzlar qrupunun bir hissəsi olub Günəşdən 321 işıq ili məsafədə yerləşir.[2][3]
Xaç bürcünün ən parlaq ulduzunun ulduz ölçüsü 0.76-dır və o gecə səmadakı 13-cü ən parlaq ulduzdur. α Sentavrdan azca cənubda olub cənub göyünün ən parlaq ulduzudur.[4]
α Xaç adi gözlə tək bir ulduz kimi görünür ancaq əslində bir neçə ulduzdan ibarət çox ulduzlu bir sistemdir. İki komponent vizual olaraq ayırt edilə bilər: Xaç və Xaç; Alternativ olaraq, "α Xaç A" və " α Xaç B" adlanır. Hər ikisi B tipli ulduzlardır və Günəşdən daha böyük və parlaqdırlar. Xaç özü, α Xaç Aa (bu ulduz Akruks adlanır[5]) və α Xaç Ab ulduzlarından ibarət spektroskopik qoşa sistemdir. Bu iki komponentli ulduz sisteminin periodu 76 gündür və bir birindən bir astronomik vahid (a.v.) məsafə ilə ayrılır.[6]
İki komponent, Xaç və Xaç, 4 arcsaniyə ilə ayrılır. -in ulduz ölçüsü 1.40-dır və -nin ulduz ölçüsü 2.09-dür, həm ilkin B tipli ulduzlardır, həm də səth temperaturu təxminən 28.000 və 26.000 K-dir. İşıqlıqları Günəş işıqlığının 25,000 və 16,000 qatıdır. Xaç və Xaç belə bir uzun müddətdə orbitdə hərəkət etməsinə baxmayaraq bu hərəkət çox nadir hallarda görünür. Onların 430 a.v. minimum ayrılmasından period təxminən 1,500 il hesab edilir.[7]
özü, spektroskopik qoşa ulduzdur və komponentlərinin kütləsi təxminən 14 və 10 Günəş kütləsi tərtibindədir. -nin kütlə yığınları və -in daha parlaq komponentı, bu ulduzların bir gün ifratnəhəng olaraq patlayacağına işarə edir. -in görünməz olaraq qeydə alınan komponenti yaşaya və böyük bir ağ cırtdan ola bilər.[8]
Daha soyuq və işıqlığı daha az işıqlığa malik B sinfi ulduzu olan HR 4729 (HD 108250) α Xaç üçlüsündən 90 arcsaniyə uzaqdadır və onun hərəkətinə təsir edir, güman edilir ki, bu qravitasiya qüvvəsi ilə əlaqədardır və bu səbəblə tez-tez fiziki olaraq əlaqəli olduğu hesab edilir.[9][10] Bu ulduz bəzən α Xaç çoxlu sisteminin C komponenti olaraq kataloqunda iştirak edir, bu ulduz özü spektroskopik qoşa sistemdir, onun D komponenti olaraq sadalanan vizual olaraq solğun görünən bir qonşusu var.[11]
2008-ci il oktyabrın 2-də Kassini-Hügens kosmik vasitəsi çoxlu ulduzun Saturunun diski tərəfindən örtülən 3 komponentini (A, B və C) aşkar etdi.[12][13]