Abdullah Öcalan | |
---|---|
türk. Abdullah Öcalan | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1949[1] (75 yaş) |
Doğum yeri |
|
Milliyyəti | kürd |
Partiya | Kürdüstan Fəhlə Partiyası |
Təhsili | Ankara Universiteti |
Fəaliyyəti | siyasətçi, yazıçı, aktivist, politoloq |
abdullahocalan.net | |
![]() |
Abdullah Öcalan və ya qısa adı ilə Apo (4 aprel 1949[1], Ömərli[d], Mardin ili) — PKK qurucusu və lideri. 1999-cu ildə həbs olunmuş və İmralı həbsxanasında ömürlük məhkum edilmişdir.[2]
Abdulla Öcalan 4 aprel 1949-cu ildə Türkiyənin Şanlıurfa vilayətinin Halfeti mahalının Ömərli kəndində anadan olmuşdur.[3] Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir. Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir.[4]
Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır.
Gəncliyində çox muhafazakar bir Müsəlman idi və Nəcib Fazil Qısakürəki sevdi.[5]27 noyabr 1978-ci ildə Diyarbəkirin Licə mahalının Fis kəndində Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucuları arasında yer almışdır. Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s. ölkələr tərəfindən terrorist partiya kimi tanınır.[6]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |