Aberdin | |
---|---|
Aberdeen Aiberdeen Obar Dheathain | |
57°09′ şm. e. 2°06′ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1175 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AB10-AB13 (parte), AB15, AB16, AB22-AB25 |
Digər | |
aberdeencity.gov.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
Aberdin — Böyük Britaniyada, Şotlandiyada şəhər. Aberdin Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdində 200 mindən artıq insan yaşayır. Aberdində iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır.
Şəhərin əsası Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın – Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə — Köhnə Aberdinə (şimal hissə) və Yeni Aberdinə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub. XIX əsrdə Aberdin Şotlandiyanın şimal-şərq hissəsində mühüm şəhərlərindən birinə çevrilib.
Şəhər Avropanın enerji paytaxtıdır və upstream sektorunun dünya mərkəzi adını almaq uğrunda Hyustonla (ABŞ) rəqabət aparır. Bundan başqa, o, Şərq yarımkürəsində Britaniyanın və Avropanın bütün əməliyyatları üçün strateji bazadır. Aberdin həmçinin, sualtı işlərin mərkəzi, eləcə də yeni texnologiyaların işlənilməsi və bazara çıxarılması üzrə dünya lideridir.
XX əsrin 1960-cı illərində Şimal dənizində neft yataqlarının kəşf olunması məhz Aberdindən başladı. Bu tapıntı şəhəri çox sürətlə Avropada dəniz nefti hasilatının mərkəzinə çevirdi. Aberdin sahildən bir neçə yez kilometr aralıda yerləşən neft yataqlarının istismarının həyata keçirildiyi strateji məkan kimi seçildi. Ancaq şəhər bu statusunu təkcə Şimal dənizinə yaxınlığı ilə qazanmamışdı. Daha mühüm faktor nəqliyyat infrastrukturunun inkişafı və şərq düzənlərinin mərkəzində yerləşməsiydi. Hazırda şəhərdə neft və xidmət şirkətlərinin çox sayda ofisləri cəmləşib.[2]