Abraham Maslou

Abraham Maslou
ing. Abraham Maslow
Doğum tarixi 1 aprel 1908(1908-04-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 iyun 1970(1970-06-08)[1][2][…] (62 yaşında)
Vəfat səbəbi ürək tutması[5]
Elm sahələri psixologiya, Humanist psixologiya
Elmi dərəcələri
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abraham Maslou (1 aprel 1908[1][2][…], Bruklin, ABŞ[4]8 iyun 1970[1][2][…]) — amerikalı psixoloq, Ehtiyaclar iyerarxiyasının müəllifi.

Abraham Maslou 1 aprel 1908-ci ildə Nyu-Yorkda çoxuşaqlı ailənin ilk övladı olaraq dünyaya gəlmişdi. Onun ailəsi buraya Rusiya İmperiyasından köçmüş Ukrayna əsilli yəhudilər olmuşdu. Yəhudi olduğu üçün uşaqlıqdan çox təzyiq və sıxıntılara məruz qalmış, dostları olmamış, vaxtının çox hissəsini yalnızlıqda və kitabxanalarda keçirərdi. Valideynləri, hərçənd ki təhsilsiz idilər, lakin onun təhsil alıb hüquqşünas olmağını arzulayırdılar. Nəhayət, Abraham onların arzusunu yerinə yetirdi və Nyu-York Şəhər Kollecinin (the City College of New-York) hüquq fakültəsinə qəbul olur. 3 semestrdən sonra Kornell Universitetinə köçürülür, daha sonra isə Nyu-York Şəhər Kollecinə qayıdır. 20 yaşında olan zaman uşaqlıqdan aşiq olduğu Berta Qudman adlı bir rəssam xanımla evlənir. Onların Ann və Ellen adlarında iki qız övladı dünyaya gəlir. Sonuncu verdiyi müsahibəsində Maslov bildirmişdi ki, "evliliyə qədər həyat onun üçün başlamamışdı". 1970-ci ildə məşhur psixoloq uzun sürən ürək xəstəliyindən sonra ürək tutması nəticəsində dünyasını dəyişmişdi.

Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biridir. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. Bununla əlaqədar olaraq o, insan tələbatlarının 7 səviyyəsini qeyd etmişdir:

  • Fizioloji (üzvü) tələbatlar: nəfəs almağa, qidalanmağa, yuxuya, bədən temperaturunu tənzimləməyə, orqanizmi infeksiya və xəstəliklərdən qorumağa olan tələbatlar
  • Təhlükəsizliyə tələbat: fiziki təhlükəsizlik, ailəvi təhlükəsizlik, sağlamlığın təhlükəsizliyi, mənəvi və fizioloji təhlükəsizlik
  • Mənsubiyyətə və məhəbbətə tələbat: ailə, dostluq, sevgi və cinsi münasibətlər
  • Hörmətə olan tələbat: özünə hörmət etmək, başqalarına hörmətlə yanaşmaq və başqaları tərəfindən hörmət edilmək
  • İdrak tələbatları
  • Estetik tələbatlar
  • Özünüaktuallaşdırmaya tələbat: bu, insanların təbiətdən gələn və irsən keçən xüsusi qabiliyyətləridir (məsələn: rəsm çəkmək, mahnı ifa etmək, şeir yazmaq və s.) Maslova görə, insana ilham gəlincə yaxşı bacardığı və hazır olduğu hər bir işi görməlidir: rəssam rəsm çəkməli; musiqiçi mahnı bəstələməli və şair şeir yazmalıdır.
  • Ümumi psixologiya. Prof. S. İ. Seyidov və prof. M. Ə. Həmzəyevin elmi redaktorluğu ilə.